https://sputnik.az/20241009/audiovizual-sura-atv-plus-ile-bagli-mehkemeye-muraciet-edib-467968568.html
Audiovizual Şura "ATV Plus" ilə bağlı məhkəməyə müraciət edib
Audiovizual Şura "ATV Plus" ilə bağlı məhkəməyə müraciət edib
Sputnik Azərbaycan
Audiovizual Şuranın mütəxəssisləri bir sıra operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxışı həyata keçirir, müvafiq... 09.10.2024, Sputnik Azərbaycan
2024-10-09T15:54+0400
2024-10-09T15:54+0400
2024-10-09T15:55+0400
məhkəmə
cəmiyyət
şura
paket
inzibati xətalar məcəlləsi
inzibati xətalar məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/42280/58/422805842_0:0:3073:1728_1920x0_80_0_0_8560fcbecbda36af892c9973ee8db404.jpg
BAKI, 9 oktyabr — Sputnik. "ATV Plus" MMC-nin retranslyasiya paketin hüquqi sənəd olmadan xarici televiziya kanalının retranslyasiya (bir teleradio yayımçısının yayımladığı teleradio proqramlarının digər teleradio yayımçısı tərəfindən texniki vasitələrin köməyi ilə qismən, yaxud tam və dəyişdirilmədən qəbulu və eyni vaxtda yenidən yayımlanması) olunması faktı aşkarlanıb. Bu barədə Audiovizual Şuradan məlumat verilib. Bildirilib ki, bununla bağlı Audiovizual Şura tərəfindən 4 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilib. "Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər", - deyə məlumatda qeyd edilib. Qeyd edək ki, hazırda Audiovizual Şuranın mütəxəssisləri bir sıra operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxışı həyata keçirir, müvafiq monitorinq işləri aparırlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42280/58/422805842_161:0:2892:2048_1920x0_80_0_0_8c3ccabda22121a189e13e6a4f1a86fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə, şura, paket, inzibati xətalar məcəlləsi, inzibati xətalar məcəlləsi
məhkəmə, şura, paket, inzibati xətalar məcəlləsi, inzibati xətalar məcəlləsi
Audiovizual Şura "ATV Plus" ilə bağlı məhkəməyə müraciət edib
15:54 09.10.2024 (Yenilənib: 15:55 09.10.2024) Audiovizual Şuranın mütəxəssisləri bir sıra operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxışı həyata keçirir, müvafiq monitorinq işləri aparırlar.
BAKI, 9 oktyabr — Sputnik. "ATV Plus" MMC-nin retranslyasiya paketin hüquqi sənəd olmadan xarici televiziya kanalının retranslyasiya (bir teleradio yayımçısının yayımladığı teleradio proqramlarının digər teleradio yayımçısı tərəfindən texniki vasitələrin köməyi ilə qismən, yaxud tam və dəyişdirilmədən qəbulu və eyni vaxtda yenidən yayımlanması) olunması faktı aşkarlanıb.
Bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, bununla bağlı Audiovizual Şura tərəfindən 4 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilib.
"Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, hazırda Audiovizual Şuranın mütəxəssisləri bir sıra operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxışı həyata keçirir, müvafiq monitorinq işləri aparırlar.