SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ləğv olunub

© Sputnik / Murad OrujovMilli Məclisin binası
Milli Məclisin binası - Sputnik Azərbaycan, 1920, 08.10.2024
Abunə olmaq
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırıb.
BAKI, 8 oktyabr— Sputnik. Azərbaycan Milli Məclisi Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaratmayıb.
Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" qərar layihəsi müzakirəyə çıxarılacaq.
Qərar layihəsində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılması məsələsi əksini tapmayıb.
Xatırladaq ki, ötən ilin oktyabr ayında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırıb.
Məlumatda deyilirdi ki, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransa Respublikasının Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə məlumatı təəssüf hissi ilə qarşılayır. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu qeyd olunan məlumatı nəzərə alaraq, Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0