SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Liderlər Putinin Novo-Oqarevodakı iqamətgahında Zəngəzur dəhlizini müzakirə ediblər

© SputnikТрасса Ереван-Мегри
Трасса Ереван-Мегри - Sputnik Azərbaycan, 1920, 08.10.2024
Abunə olmaq
Dmitri Peskov qeyd edib ki, Rusiya prezidentinin Novo-Oqarevodakı iqamətgahında keçirilən qeyri-rəsmi görüşdə MDB-yə üzv ölkələrin bütün liderləri iştirak edib.
BAKI, 8 oktyabr — Sputnik. Zəngəzur dəhlizi mövzusuna yəqin ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistandan olan həmkarları İlham Əliyev və Nikol Paşinyan arasında danışıqlar zamanı toxunulub.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Putin onların hər biri ilə ayrı-ayrılıqda üz-üzə danışdı, təxminən yarım saat davam etdi. Ona görə də yəqin ki, Zəngəzur dəhlizi mövzusuna da toxunuldu", Peskov bildirib.
Dmitri Peskov qeyd edib ki, Rusiya prezidentinin Novo-Oqarevodakı iqamətgahında keçirilən qeyri-rəsmi görüşdə MDB-yə üzv ölkələrin bütün liderləri iştirak edib və Vladimir Putini ad günü münasibətilə təbrik ediblər. O bildirib ki, görüşün təfərrüatları barədə yalnız MDB liderləri məlumatlıdır.
Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü - Sputnik Azərbaycan, 1920, 08.10.2024
SİYASƏT
İlham Əliyevlə Vladimir Putinin Moskva görüşünün detalları açıqlandı
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0