Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Konqresmenlərin müraciətinə Azərbaycandan sərt reaksiya: Vaşinqton Bakıdan nə istəyir?

© Photo : Consulate General of Azerbaijan in Los AngelesAzərbaycan və ABŞ bayraqları, arxiv
Azərbaycan və ABŞ bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 08.10.2024
Abunə olmaq
Politoloq deyir ki, əslində ABŞ-ın mövcud iqtidarı da Azərbaycan iqtidarına təzyiq etmək üçün bu yolu seçib.
BAKI, 8 oktyabr — Sputnik. Ötən həftə Azərbaycan-ABŞ münasibətləri üçün yetərincə gərgin keçdi.
Oktyabrın 3-də ABŞ-ın 58 qanunvericisi Dövlət Katibi Antoni Blinkendən Azərbaycan Prezidenti İlham Əliyevə gələn ay keçiriləcək COP29 iqlim sammiti ərəfəsində insan hüquqları ilə bağlı təzyiq göstərməyi xahiş ediblər.
Reuters agentliyinin məlumatına görə, 10 senator və 48 konqresmen Blinkeni Azərbaycanı "siyasi" məhbusları azad etmək üçün tədbirlər görməyə məcbur etməyə və Ermənistana qarşı bəyanatları pisləməyə çağırıblar.
Azərbaycan Prezidenti konqresmenlərin təşəbbüsünü çirkin müraciət adlandırıb və qeyd edib ki, bu onların iradəsinə təsir edə bilməz.
Daha sonra Azərbaycan Milli Məclisin deputatları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciət ediblər. Müraciətdə qeyd olunub ki, Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-nin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.
Bəs Prezidentin bəyanatı və deputatların XİN-ə müraciəti fonunda iki ölkə münasibətlərinin gələcəyi necə olacaq?
Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a danışıblar.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyir ki, ABŞ konqresmenləri absurd bəyanatlarla çıxış etməyə vərdiş ediblər: "Bəzən elə təsəvvür yaranır ki, Azərbaycan haqqında söz deməyə özündə haqq tapan həmin şəxslərin bölgədə baş verənlərdən xəbəri yoxdur. Otuz illik işğaldan, Azərbaycan şəhərlərinin, kəndlərinin məhv edilməsindən, 1 milyona yaxın insanın öz doğma torpağından zorla, qırğınlar törədilərək qovulmasından danışmayan ermənisevər konqresmenlər indi insan haqları ifadəsindən alət kimi istifadə edirlər. Azərbaycana qarşı böhtan kampaniyası aparanların göstərdikləri riyakar təşəbbüs ABŞ demokratiyasının utanc səhifəsi kimi tarixə keçəcək".
© Sputnik / Murad OrujovMüdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev
Депутат Милли Меджлиса (парламента) Азербайджанской Республики, член межпарламентской группы дружбы Азербайджан-Беларусь Арзу Нагиев - Sputnik Azərbaycan, 1920, 07.10.2024
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev
Millət vəkili bildirib ki, Azərbaycan və Ermənistan vasitəçi olmadan aralarındakı problemli məsələlərin həlli üçün çalışırlar: "Məhz ABŞ bu prosesə kənar müdaxilələr edərək proseslərin yubanmasına səbəb olur. Azərbaycanın Ermənistan qarşısındakı tələbləri İrəvandan daha çox Vaşinqtonu narahat edir. Bu narahatlığında əsasında həm də erməni lobbisinin maliyyə vəsaiti dayanır. Erməni lobbisindən qidalanan konqresmenlər Azərbaycana qarşı qəbuledilməz təşəbbüslər irəli sürürlər. Azərbaycan hakimiyyətinin dövlət maraqlarını ABŞ-ın regional planlarına qurban verməməsi okeanın o tayında qıcıq yaradır. Unutmaq olmaz ki, ABŞ-ın demokratiya adı altında müxtəlif regionlarda yaratdığı qeyri-stabil vəziyyət bu gün dünyamızı yaşanmaz hala gətirib. ABŞ Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsini həzm edə bilmir. Xüsusən də, Rusiya ilə münasibətlərimizin hazırkı səviyyəsi ABŞ-ı təlaşlandırır. Çünki bizim Rusiya ilə münasibətlərimiz Vaşinqtonun Cənubi Qafqazdan Ruisyanı sıxışdırmaq planlarına daban-dabana ziddir. "
Politoloq Elşən Manafovun sözlərinə görə, yaşanan gərginlik bəlli dairələrin Azərbaycana qarşı qərəzli siyasətdən qaynaqlanır: "ABŞ konqresində son vaxtlar baş verən dinləmələr göstərir ki, bu təkcə erməni diasporunun konqresmənlərə təsiri ilə bağlı deyil. Əslində ABŞ-ın mövcud iqtidarı da Azərbaycan iqtidarına təzyiq etmək üçün bu yolu seçib. Buna səbəb isə ABŞ regionumuza olan geosiyasi baxışını Azərbaycan hakimiyyətinin bölüşməməsidir. ABŞ sülh danışıqlarıın aparılması ilə bağlı öz şərtlərini Azərbaycana diktə etmək istəyir. Bu isə rəsmi Bakının maraqlarına cavab vermir. Əslində ABŞ Qərb platformasında sazişin imzalanmasında maraqlıdır. Bununla da beynəlxalq birliyə göstərmək istəyirlər ki, uzun illər davam etmiş münaqişə onların səyləri nəticəsində həllini tapıb. Təbii ki, burada mesaj Rusiyayadır. Onlar Rusiyanın moderatorluğunu məhdudlaşdırmaq, həmçinin şimal qonşumuzu bölgədən sıxışdırıb çıxarmaq istəyirlər".
© Photo : Courtesy of Elshan ManafovPolitoloq Elşən Manafov
Elşən Manafov - Sputnik Azərbaycan, 1920, 07.10.2024
Politoloq Elşən Manafov
Politoloq qeyd edir ki, Azərbaycan dövləti haqlı olaraq ABŞ-ın addımlarına sərt reaksiya verir: "Azərbaycan ABŞ-ın geosiyasi oyunların heç vaxt yer almayıb və bundan sonra da bu oyunlara qoşulmayacaq. Azərbaycan Rusiya ilə münasibətlərinin qarşılıql faydalılıq əsasında qurub. Bu isə hər iki dövlətin maraqlarına cavab verir. Zənnimcə, insan haqları və Ermənistanı bəhanə edən ABŞ-ın ən çoc hiddətləndiyi məqam Rusiya ilə münasibətlərimizin yaxınlığıdır. Onu da qeyd edim ki, bu münasibətlər qarşılıqlı hörmətə əsaslandığı üçün hər iki tərəf məqbul hesab edir".
Elşən Manafov hesab edir ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ilə ABŞ-ın yanaşmaları üst-üstə düşmür: "ABŞ-ın bu dəhlizlə bağlı yanaşmaları Azərbaycanın dövlət və milli təhlükəsizlik maraqlarına cavab vermir. ABŞ-ın bu yanaşmaları Rusiya və Çinin maraqlarına qarşı formalaşıb. Azərbaycan Rusiya ilə Şimal-Cənub dəhlizinin reallaşdırır, digər tərfədn Çinin "Bir kəmər, bir yol" layihəsinə dəstək verir. ABŞ-ın Orta dəhlizlə bağlı yanaşmlarını bölüşmək Azərbaycanın bəlli dövlətlərlə problemlərinin yaranmasına gətirib çıxara bilər. ABŞ bölgədə təsir rıçaqlarını işə salmaq üçün Ermənistandan da istifadə edir. Ermənistan iqtidarı ABŞ-ın dəstəyi ilə hakimiyyətə gəlib".
"Azərbaycan hakimiyyətinin beynəlxalq hüquqa əsaslanaraq ABŞ-la münasibətlərə yenidən baxmaq səlahiyyəti var. ABŞ Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Sülhü təşviq etdiklərini desələr də, Ermənistanı silahlandırırlar. Təbii ki, Azərbaycan hakimiyyəti bütün bunlara göz yuma bilməzdi. Mövcud Bayden administrasiyası dövründə münasibətlərdə bu gərginliyin qalacağını gözləmək olar", - politoloq fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0