https://sputnik.az/20241008/komite-sedri-abs-dovlet-departamenti-vasitesile-cop29-u-alt-ust-etmeye-cehd-gosterir-467944017.html
Komitə sədri: ABŞ Dövlət Departamenti vasitəsilə COP29-u alt-üst etməyə cəhd göstərir
Komitə sədri: ABŞ Dövlət Departamenti vasitəsilə COP29-u alt-üst etməyə cəhd göstərir
Sputnik Azərbaycan
Səməd Seyidovun fikrincə, bu, ABŞ-ın Azərbaycana qarşı ilk belə cəhdi deyil, amma bu dəfəki hərəkəti tamamilə başqa hadisədir və bunu ciddi təhlil etmək... 08.10.2024, Sputnik Azərbaycan
2024-10-08T22:07+0400
2024-10-08T22:07+0400
2024-10-08T22:07+0400
abş
siyasət
sahibə qafarova
abş
cop29
səməd seyidov
abş dövlət departamenti
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/08/467943561_0:66:3000:1754_1920x0_80_0_0_8ec0ae33bc8fa37ce6309766ba45ee22.jpg
BAKI, 8 oktyabr— Sputnik. Azərbaycanın ABŞ ilə münasibətlərə yenidən baxması məsələsi gündəmə gətirilib. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, bu, ABŞ-nin Azərbaycana qarşı ilk belə cəhdi deyil, amma bu dəfəki hərəkəti tamamilə başqa hadisədir və bunu ciddi təhlil etmək lazımdır: "Ona görə də Xarici İşlər Nazirliyinə müraciət etmişik. Prezident İlham Əliyev ona görə ən yüksək səviyyədə siyasət aparır ki, dünyada onun siyasətinə inam var. Onun sözü imza qədər güclüdür. ABŞ isə bu inamı itirir". Komitə sədrinin sözlərinə görə, müstəqil dövlət kimi münasibətləri ciddi təhlil edərək hərbi əlaqələrə yenidən baxmaq lazımdır: S.Seyidov vurğulayıb ki, ABŞ noyabr ayında Azərbaycanda COP29 beynəlxalq tədbirinin keçirilməsinə müsbət rəyini versə də, Dövlət Departamenti vasitəsilə həmin tədbiri alt-üst etməyə cəhd göstərir. O qeyd edib ki, bu addım ABŞ-nin səmimiyyətinə şübhə yaradır və regionda ona olan inamı itirir: "Halbuki beynəlxalq münasibətlər sistemində ən mühüm məsələ inam və etibardır". Parlamentin sədri Sahibə Qafarova isə deyib ki, Milli Məclisin deputatları ölkəmizin xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, ABŞ Konqresinin bir qrup üzvünün həmin ölkənin dövlət katibinə məlum məktubu ilə əlaqədar narahatlıqlarını bildiriblər. Azərbaycan hər zaman beynəlxalq münasibətlər sisteminin məsuliyyətli üzvü, etibarlı tərəfdaş kimi çıxış edib. Biz ölkəmizin belə mövqeyi ilə fəxr edirik: Spiker diqqətə çatdırıb ki, Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirən, yalnız öz milli maraqlarını əsas götürən, ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir: "Və mən bu çərçivədə möhtərəm cənab Prezidentin bir kəlamını xatırlatmaq istəyirəm: "Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/08/467943561_288:0:2713:1819_1920x0_80_0_0_10e9382626f590c1180e0bd6e5a84489.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
abş, sahibə qafarova, abş, cop29, səməd seyidov, abş dövlət departamenti
abş, sahibə qafarova, abş, cop29, səməd seyidov, abş dövlət departamenti
Komitə sədri: ABŞ Dövlət Departamenti vasitəsilə COP29-u alt-üst etməyə cəhd göstərir
Səməd Seyidovun fikrincə, bu, ABŞ-ın Azərbaycana qarşı ilk belə cəhdi deyil, amma bu dəfəki hərəkəti tamamilə başqa hadisədir və bunu ciddi təhlil etmək lazımdır.
BAKI, 8 oktyabr— Sputnik. Azərbaycanın ABŞ ilə münasibətlərə yenidən baxması məsələsi gündəmə gətirilib.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu, ABŞ-nin Azərbaycana qarşı ilk belə cəhdi deyil, amma bu dəfəki hərəkəti tamamilə başqa hadisədir və bunu ciddi təhlil etmək lazımdır:
"Ona görə də Xarici İşlər Nazirliyinə müraciət etmişik. Prezident İlham Əliyev ona görə ən yüksək səviyyədə siyasət aparır ki, dünyada onun siyasətinə inam var. Onun sözü imza qədər güclüdür. ABŞ isə bu inamı itirir".
Komitə sədrinin sözlərinə görə, müstəqil dövlət kimi münasibətləri ciddi təhlil edərək hərbi əlaqələrə yenidən baxmaq lazımdır:
"Regionda provakasiyaları törədən USAID-in yardımlarına yenidən baxmalıyıq. Hesab edirəm ki, məktubumuz Azərbaycan XİN tərəfindən təhlil olunacaq və müvafiq qərarlar qəbul olunacaq".
S.Seyidov vurğulayıb ki, ABŞ noyabr ayında Azərbaycanda COP29 beynəlxalq tədbirinin keçirilməsinə müsbət rəyini versə də, Dövlət Departamenti vasitəsilə həmin tədbiri alt-üst etməyə cəhd göstərir.
O qeyd edib ki, bu addım ABŞ-nin səmimiyyətinə şübhə yaradır və regionda ona olan inamı itirir: "Halbuki beynəlxalq münasibətlər sistemində ən mühüm məsələ inam və etibardır".
Parlamentin sədri Sahibə Qafarova isə deyib ki, Milli Məclisin deputatları ölkəmizin xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, ABŞ Konqresinin bir qrup üzvünün həmin ölkənin dövlət katibinə məlum məktubu ilə əlaqədar narahatlıqlarını bildiriblər. Azərbaycan hər zaman beynəlxalq münasibətlər sisteminin məsuliyyətli üzvü, etibarlı tərəfdaş kimi çıxış edib. Biz ölkəmizin belə mövqeyi ilə fəxr edirik:
"Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti həm ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərdə, həm də dünyanı narahat edən qlobal problemlərin həllinə verdiyi töhfələrdə özünü açıq şəkildə göstərir. COP29-a ev sahibliyi və bu çərçivədə aparılan işlər də bunun bariz nümunəsidir. Ölkəmizin sülh, sabitlik və əməkdaşlıq üçün göstərdiyi yorulmaz səylər danılmazdır".
Spiker diqqətə çatdırıb ki, Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirən, yalnız öz milli maraqlarını əsas götürən, ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir: "Və mən bu çərçivədə möhtərəm cənab Prezidentin bir kəlamını xatırlatmaq istəyirəm: "Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.