https://sputnik.az/20241008/gelecekde-elme-yanasmada-deyisiklikler-olacaq---nazir-467936786.html
Gələcəkdə elmə yanaşmada dəyişikliklər olacaq - Nazir
Gələcəkdə elmə yanaşmada dəyişikliklər olacaq - Nazir
Sputnik Azərbaycan
Emin Əmrullayev diqqətə çatdırıb ki, son dövrlərdə bu tənqidlərin nəticəsi olaraq azərbaycanlı alimlərin elmi tədqiqatları, dərc olunan məqalələri artır. 08.10.2024, Sputnik Azərbaycan
2024-10-08T12:56+0400
2024-10-08T12:56+0400
2024-10-08T13:14+0400
emin əmrullayev
təhsil
türkiyə
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433791_0:0:2000:1125_1920x0_80_0_0_4473c347c35c04063a8db121ad8b0883.jpg
BAKI, 8 oktyabr — Sputnik. Elm adamları elmini kommersiyalaşdırmaq haqqında düşünmürlər. Onlar fikirləşirlər ki, alimdirsə, sadəcə elmlə məşğul olmalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib. O qeyd edib ki, digər ölkələrdə, o cümlədən Türkiyədə buna yanaşma fərqlidir: "Hazırda təhsilə investisiya məsələsi ən çox xaricdə təhsillə bağlıdır. Ötən il Azərbaycan xaricdə təhsil almaq hüququ qazanmış 500 nəfərdən 168-i dünyanın "Top10" təhsil müəssisəsinə qəbul olub. 300-ə yaxın startap var ki, bunu ancaq tələbələr yaradıb. Onlardan 14-ü kənardan sərmayə cəlb edə bilib. Bu sərmayənin həcmi 8.5 milyon manatdır. Düşünürəm ki, bu məsələdə tamam fərqli nəticələr görəcəyik". Nazir hesab edir ki, qarşıdan gələn nəsil elmə, biliyə daha fərqli baxır: "Onlar auditoriyada oturub, ancaq mühazirə dinləməklə elm əldə edəcəklərini düşünmürlər. Tələbələr iş alan deyil, iş verən tərəf olmaq istəyirlər. Ona görə, gələcəkdə elmə yanaşmada dəyişikliklər olacaq. Fundamental elmi tədqiqatların olması vacibdir. Təkcə biznes təfəkkürü ilə hansısa köklü nəticə əldə edilməsi çətindir. Bəzi insanlara "Siz alim deyilsiniz, sadəcə elmi dərəcəniz var deməliyik. Elmi tədqiqatı olmayan insanlara görə elm geri gedir. Bizdə elmin özü deyil, sadəcə imitasiyası var. Bu insanların şəxsiyyəti ilə deyil, fəaliyyəti ilə bağlı məqamdır". E.Əmrullayev diqqətə çatdırıb ki, son dövrlərdə bu tənqidlərin nəticəsi olaraq azərbaycanlı alimlərin elmi tədqiqatları, dərc olunan məqalələri artır: "Bu müsbət haldır. Biz isə nazirlik olaraq, buna dəstək üçün bu aydan etibarən 100-dən artıq alimə əlavə mükafatların verilməsinə başlamışıq. Bu hər alimə 500-1000 manat həcmindədir. Qarabağ Universiteti bu cür layihələrin ən çox tətbiq ediləcəyi elm ocağı olacaq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433791_200:0:1973:1330_1920x0_80_0_0_05ed5e4f636dc954d8068317925995f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
emin əmrullayev, türkiyə, elm və təhsil nazirliyi
emin əmrullayev, türkiyə, elm və təhsil nazirliyi
Gələcəkdə elmə yanaşmada dəyişikliklər olacaq - Nazir
12:56 08.10.2024 (Yenilənib: 13:14 08.10.2024) Emin Əmrullayev diqqətə çatdırıb ki, son dövrlərdə bu tənqidlərin nəticəsi olaraq azərbaycanlı alimlərin elmi tədqiqatları, dərc olunan məqalələri artır.
BAKI, 8 oktyabr — Sputnik. Elm adamları elmini kommersiyalaşdırmaq haqqında düşünmürlər. Onlar fikirləşirlər ki, alimdirsə, sadəcə elmlə məşğul olmalıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.
O qeyd edib ki, digər ölkələrdə, o cümlədən Türkiyədə buna yanaşma fərqlidir:
"Hazırda təhsilə investisiya məsələsi ən çox xaricdə təhsillə bağlıdır. Ötən il Azərbaycan xaricdə təhsil almaq hüququ qazanmış 500 nəfərdən 168-i dünyanın "Top10" təhsil müəssisəsinə qəbul olub.
300-ə yaxın startap var ki, bunu ancaq tələbələr yaradıb. Onlardan 14-ü kənardan sərmayə cəlb edə bilib. Bu sərmayənin həcmi 8.5 milyon manatdır. Düşünürəm ki, bu məsələdə tamam fərqli nəticələr görəcəyik".
Nazir hesab edir ki, qarşıdan gələn nəsil elmə, biliyə daha fərqli baxır:
"Onlar auditoriyada oturub, ancaq mühazirə dinləməklə elm əldə edəcəklərini düşünmürlər. Tələbələr iş alan deyil, iş verən tərəf olmaq istəyirlər. Ona görə, gələcəkdə elmə yanaşmada dəyişikliklər olacaq.
Fundamental elmi tədqiqatların olması vacibdir. Təkcə biznes təfəkkürü ilə hansısa köklü nəticə əldə edilməsi çətindir. Bəzi insanlara "Siz alim deyilsiniz, sadəcə elmi dərəcəniz var deməliyik. Elmi tədqiqatı olmayan insanlara görə elm geri gedir. Bizdə elmin özü deyil, sadəcə imitasiyası var. Bu insanların şəxsiyyəti ilə deyil, fəaliyyəti ilə bağlı məqamdır".
E.Əmrullayev diqqətə çatdırıb ki, son dövrlərdə bu tənqidlərin nəticəsi olaraq azərbaycanlı alimlərin elmi tədqiqatları, dərc olunan məqalələri artır:
"Bu müsbət haldır. Biz isə nazirlik olaraq, buna dəstək üçün bu aydan etibarən 100-dən artıq alimə əlavə mükafatların verilməsinə başlamışıq. Bu hər alimə 500-1000 manat həcmindədir.
Qarabağ Universiteti bu cür layihələrin ən çox tətbiq ediləcəyi elm ocağı olacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.