https://sputnik.az/20241008/ermenistan-bu-ay-sulh-muqavilesi-imzalamaga-ve-kommunikasiyalari-acmaga-hazirdir-467960593.html
Ermənistan bu ay sülh müqaviləsi imzalamağa və kommunikasiyaları açmağa hazırdır
Ermənistan bu ay sülh müqaviləsi imzalamağa və kommunikasiyaları açmağa hazırdır
Sputnik Azərbaycan
O bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə də hazırdır. 08.10.2024, Sputnik Azərbaycan
2024-10-08T19:57+0400
2024-10-08T19:57+0400
2024-10-08T19:57+0400
siyasət
erməni
ermənistan
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
sülh sazişi
mdb
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/08/467955029_0:24:672:402_1920x0_80_0_0_3904893bd5344293411d4c9ee5d189a2.jpg
BAKI, 8 oktyabr - Sputnik. Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır.Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.O bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır: Hökumət başçısı söyləyib ki, Ermənistan ərazisində təhlükəsiz tranzit bu ölkənin öhdəliyidir: “Və biz bu təhlükəsizliyə zəmanət veririk”.***Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.Onun sözlərinə görə, bu, Ermənistanın rəsmi mövqeyidir.Bildirilir ki, o, razılaşdırılmış məqamlar üzrə müqaviləni imzalamağı və həll olunmamış məsələlərin müzakirəsini gələcəyə buraxmağı təklif edib.Paşinyan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəliblər. O, təfərrüatları açıqlamayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/08/467955029_0:0:672:504_1920x0_80_0_0_c44fd25c48e44adcaf91945dd15f7b2a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
erməni, ermənistan, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, sülh sazişi, mdb
erməni, ermənistan, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, sülh sazişi, mdb
Ermənistan bu ay sülh müqaviləsi imzalamağa və kommunikasiyaları açmağa hazırdır
O bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə də hazırdır.
BAKI, 8 oktyabr - Sputnik. Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır:
“Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”.
Hökumət başçısı söyləyib ki, Ermənistan ərazisində təhlükəsiz tranzit bu ölkənin öhdəliyidir: “Və biz bu təhlükəsizliyə zəmanət veririk”.
Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.
Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bu, Ermənistanın rəsmi mövqeyidir.
Bildirilir ki, o, razılaşdırılmış məqamlar üzrə müqaviləni imzalamağı və həll olunmamış məsələlərin müzakirəsini gələcəyə buraxmağı təklif edib.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəliblər. O, təfərrüatları açıqlamayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.