https://sputnik.az/20241008/cop29-istirakcilari-ucun-iase-portali-istifadeye-verilib-467947585.html
COP29 iştirakçıları üçün iaşə portalı istifadəyə verilib
COP29 iştirakçıları üçün iaşə portalı istifadəyə verilib
Sputnik Azərbaycan
Ziyarətçilərin fərqli qidalanma mədəniyyəti və müxtəlif zövqləri nəzərə alınaraq portalda vegetarian, veqan, qlütensiz, südsüz və halal yeməklər də daxil... 08.10.2024, Sputnik Azərbaycan
2024-10-08T22:52+0400
2024-10-08T22:52+0400
2024-10-08T22:52+0400
cop29
azərbaycan xəbərləri
portal
pəhriz
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1b/467705237_0:161:3071:1888_1920x0_80_0_0_6a2deddd5b828135bc898349a9aea835.jpg
BAKI, 8 oktyabr — Sputnik. Bu ilin 11-22 noyabr tarixlərində COP29 iqlim konfransında iştirak üçün müxtəlif ölkələrdən Bakıya səfər edəcək çoxsaylı qonaqların müsbət ziyarətçi təcrübəsi, o cümlədən qidalanma, qonaqlama, nəqliyyat və digər xidmətlərdən səmərəli istifadəsinin təmin edilməsi istiqamətində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən müvafiq işlər davam etdirilir. Belə ki, COP29 Azərbaycan ƏŞ tərəfindən konfrans məkanından iaşə xidmətlərinin təşkili üzrə portal istifadəyə verilib. Sputnik Azərbaycan xəbər verir ki, konfrans müddətində tədbir məkanında fəaliyyət göstərəcək müxtəlif iaşə xidmətləri iştirakçıların rahatlığını təmin etmək məqsədilə vahid portal üzərində təqdim edilib. Ziyarətçilərin fərqli qidalanma mədəniyyəti və müxtəlif zövqləri nəzərə alınaraq portalda vegetarian, veqan, qlütensiz, südsüz və halal yeməklər də daxil olmaqla geniş menyu seçimi mövcuddur. Portal vasitəsilə Yaşıl və Mavi Zonaların iştirakçıları fərdi qidalanma sifarişləri ilə yanaşı, həmçinin öz qonaqları üçün çay və nahar fasilələri, qəlyanaltı təchizatı kimi xidmətləri sifariş etmək imkanından yararlana biləcəklər. Qeyd edək ki, COP29 məkanında fəaliyyət göstərəcək hər növ iaşə xidmətləri dayanıqlılıq prinsipləri əsasında təşkil ediləcək. Belə ki, yerli və mövsümi məhsullardan istifadə edilməsinə üstünlüyün verilməsi daşınma məsafəsinin qısaldılması ilə karbon izinin azaldılmasına nail olmaqla yanaşı, həmçinin regional fermerlərə dəstək baxımından əhəmiyyətlidir. Bundan əlavə, tədbir məkanında tullantıların azaldılması məqsədilə məkanda birdəfəlik plastikdən istifadənin minimuma endirilməsi, qida hazırlanması, saxlanılması və təqdimatında ekoloji cəhətdən təmiz üsullara üstünlüyün verilməsi və bu kimi digər amillər konfrans məkanında fəaliyyət göstərəcək iaşə obyektlərinə qoyulan başlıca tələblərdəndir. Burada fəaliyyət göstərəcək personalın peşəkar xidmət səviyyəsinin, eləcə də qida təhlükəsizliyi normalarına uyğunluğunun təmin olunması üçün COP29 Azərbaycan ƏŞ tərəfindən işçi heyətə müvafiq təlimlər keçirilib. Tədbir məkanında iaşə xidmətlərinin rezervasiyası üçün sözügedən portala keçid etmək mümkündür. Ətraflı məlumat üçün catering@cop29.az elektron poçt ünvanına müraciət etmək olar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1b/467705237_170:0:2901:2048_1920x0_80_0_0_c17cc9e05ff1ddebca0b17c2df673e82.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
cop29, portal, pəhriz
COP29 iştirakçıları üçün iaşə portalı istifadəyə verilib
Ziyarətçilərin fərqli qidalanma mədəniyyəti və müxtəlif zövqləri nəzərə alınaraq portalda vegetarian, veqan, qlütensiz, südsüz və halal yeməklər də daxil olmaqla geniş menyu seçimi mövcuddur.
BAKI, 8 oktyabr — Sputnik. Bu ilin 11-22 noyabr tarixlərində COP29 iqlim konfransında iştirak üçün müxtəlif ölkələrdən Bakıya səfər edəcək çoxsaylı qonaqların müsbət ziyarətçi təcrübəsi, o cümlədən qidalanma, qonaqlama, nəqliyyat və digər xidmətlərdən səmərəli istifadəsinin təmin edilməsi istiqamətində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən müvafiq işlər davam etdirilir. Belə ki, COP29 Azərbaycan ƏŞ tərəfindən konfrans məkanından iaşə xidmətlərinin təşkili üzrə portal istifadəyə verilib.
Sputnik Azərbaycan xəbər verir ki, konfrans müddətində tədbir məkanında fəaliyyət göstərəcək müxtəlif iaşə xidmətləri iştirakçıların rahatlığını təmin etmək məqsədilə vahid portal üzərində təqdim edilib.
Ziyarətçilərin fərqli qidalanma mədəniyyəti və müxtəlif zövqləri nəzərə alınaraq portalda vegetarian, veqan, qlütensiz, südsüz və halal yeməklər də daxil olmaqla geniş menyu seçimi mövcuddur. Portal vasitəsilə Yaşıl və Mavi Zonaların iştirakçıları fərdi qidalanma sifarişləri ilə yanaşı, həmçinin öz qonaqları üçün çay və nahar fasilələri, qəlyanaltı təchizatı kimi xidmətləri sifariş etmək imkanından yararlana biləcəklər.
Qeyd edək ki, COP29 məkanında fəaliyyət göstərəcək hər növ iaşə xidmətləri dayanıqlılıq prinsipləri əsasında təşkil ediləcək. Belə ki, yerli və mövsümi məhsullardan istifadə edilməsinə üstünlüyün verilməsi daşınma məsafəsinin qısaldılması ilə karbon izinin azaldılmasına nail olmaqla yanaşı, həmçinin regional fermerlərə dəstək baxımından əhəmiyyətlidir.
Bundan əlavə, tədbir məkanında tullantıların azaldılması məqsədilə məkanda birdəfəlik plastikdən istifadənin minimuma endirilməsi, qida hazırlanması, saxlanılması və təqdimatında ekoloji cəhətdən təmiz üsullara üstünlüyün verilməsi və bu kimi digər amillər konfrans məkanında fəaliyyət göstərəcək iaşə obyektlərinə qoyulan başlıca tələblərdəndir.
Burada fəaliyyət göstərəcək personalın peşəkar xidmət səviyyəsinin, eləcə də qida təhlükəsizliyi normalarına uyğunluğunun təmin olunması üçün COP29 Azərbaycan ƏŞ tərəfindən işçi heyətə müvafiq təlimlər keçirilib.
Tədbir məkanında iaşə xidmətlərinin rezervasiyası üçün sözügedən portala keçid etmək mümkündür. Ətraflı məlumat üçün catering@cop29.az elektron poçt ünvanına müraciət etmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.