https://sputnik.az/20241008/azerbaycan-belarus-arasinda-baytarliq-bitki-karantini-sahesinde-sazisler-deyisdirildi-467946631.html
Azərbaycan-Belarus arasında baytarlıq, bitki karantini sahəsində Sazişlər dəyişdirildi
Azərbaycan-Belarus arasında baytarlıq, bitki karantini sahəsində Sazişlər dəyişdirildi
Sputnik Azərbaycan
Komitə sədri bildirib ki, təklif edilən dəyişikliklərdən biri səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi... 08.10.2024, Sputnik Azərbaycan
2024-10-08T18:10+0400
2024-10-08T18:10+0400
2024-10-08T18:10+0400
baytarlıq
cəmiyyət
səməd səmədov
belarus
qida təhlükəsizliyi agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465278468_0:193:2144:1399_1920x0_80_0_0_963bba61531081643c398866e2cb06e8.jpg
BAKI, 8 oktyabr— Sputnik. Milli Məclisdə "Azərbaycan Hökuməti və Belarus Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi məsələsinə baxılıb. Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, preambula və 2 maddədən ibarət olan Protokol 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanıb. Qeyd edilib ki, Saziş çərçivəsində Azərbaycan və Belarus baytarlıq orqanları arasında əlaqələrin gücləndirilməsi, heyvan xəstəliklərinin qarşısının alınması və yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi, o cümlədən epizootiya vəziyyətinə nəzarət və qarşılıqlı məlumatlandırma sistemlərinin inkişafı nəzərdə tutulur. Komitə sədri bildirib ki, hazırki Protokolda təklif edilən dəyişikliklərdən biri səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin təyin olmasıdır. Bununla yanaşı, sənədə əsasən Sazişə "yem məhsulları" və "yem əlavələri" anlayışları əlavə olunur, habelə beynəlxalq epizootik büronun Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ilə əvəz olunması təklif edilir. İclasda "Azərbaycan Hökuməti və Belarus Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi məsələsinə də baxılıb. Komitə sədri "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə qanun layihəsi barədə də məlumat verib. O, bildirib ki, hazırki Protokol 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanıb, Protokol preambula və 2 maddədən ibarətdir. Qeyd olunub ki, Saziş, iki ölkə arasında bitki sağlamlığı, zərərvericilərin və xəstəliklərin yayılmasının qarşısının alınması və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə əməkdaşlığı təşviq edir. Nəzərə çatdırılıb ki, hazırki Protokolda dəyişikliklərdən biri səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin təyin olmasıdır. Həmçinin, Sazişə "fitosanitar sertifikat" anlayışının və bəzi müddəaların yeni redaksiyada əlavə olunması nəzərdə tutulur. Milli Məclisin deputatı Səməd Seyidov Belarusu Azərbaycanın etibarlı tərəfdaşı adlandırıb. Hər iki sənəd səsə qoyularaq qəbul edilib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465278468_122:0:1987:1399_1920x0_80_0_0_f8edc909752356b674e55f3dba47a23f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
baytarlıq, səməd səmədov, belarus, qida təhlükəsizliyi agentliyi
baytarlıq, səməd səmədov, belarus, qida təhlükəsizliyi agentliyi
Azərbaycan-Belarus arasında baytarlıq, bitki karantini sahəsində Sazişlər dəyişdirildi
Komitə sədri bildirib ki, təklif edilən dəyişikliklərdən biri səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin təyin olmasıdır.
BAKI, 8 oktyabr— Sputnik. Milli Məclisdə "Azərbaycan Hökuməti və Belarus Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi məsələsinə baxılıb.
Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, preambula və 2 maddədən ibarət olan Protokol 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanıb. Qeyd edilib ki, Saziş çərçivəsində Azərbaycan və Belarus baytarlıq orqanları arasında əlaqələrin gücləndirilməsi, heyvan xəstəliklərinin qarşısının alınması və yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi, o cümlədən epizootiya vəziyyətinə nəzarət və qarşılıqlı məlumatlandırma sistemlərinin inkişafı nəzərdə tutulur.
Komitə sədri bildirib ki, hazırki Protokolda təklif edilən dəyişikliklərdən biri səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin təyin olmasıdır. Bununla yanaşı, sənədə əsasən Sazişə "yem məhsulları" və "yem əlavələri" anlayışları əlavə olunur, habelə beynəlxalq epizootik büronun Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ilə əvəz olunması təklif edilir.
İclasda "Azərbaycan Hökuməti və Belarus Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi məsələsinə də baxılıb.
Komitə sədri "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə qanun layihəsi barədə də məlumat verib. O, bildirib ki, hazırki Protokol 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanıb, Protokol preambula və 2 maddədən ibarətdir.
Qeyd olunub ki, Saziş, iki ölkə arasında bitki sağlamlığı, zərərvericilərin və xəstəliklərin yayılmasının qarşısının alınması və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə əməkdaşlığı təşviq edir.
Nəzərə çatdırılıb ki, hazırki Protokolda dəyişikliklərdən biri səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin təyin olmasıdır. Həmçinin, Sazişə "fitosanitar sertifikat" anlayışının və bəzi müddəaların yeni redaksiyada əlavə olunması nəzərdə tutulur.
Milli Məclisin deputatı Səməd Seyidov Belarusu Azərbaycanın etibarlı tərəfdaşı adlandırıb.
Hər iki sənəd səsə qoyularaq qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.