https://sputnik.az/20241008/abs-rusiya-ile-ticaret-etdiyi-ucun-turkiyeni-swift-den-ayirmaqla-hedeleyir-467937267.html
ABŞ Rusiya ilə ticarət etdiyi üçün Türkiyəni SWIFT-dən ayırmaqla hədələyir
ABŞ Rusiya ilə ticarət etdiyi üçün Türkiyəni SWIFT-dən ayırmaqla hədələyir
Sputnik Azərbaycan
ABŞ Türkiyəni, əgər respublika bir sıra ABŞ mallarının Rusiyaya ixracını məhdudlaşdırmasa, bunun nəticələri ilə təhdid edir. 08.10.2024, Sputnik Azərbaycan
2024-10-08T23:14+0400
2024-10-08T23:14+0400
2024-10-08T23:14+0400
swift
dünya xəbərləri
rusiya
türkiyə
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441540078_0:28:2001:1153_1920x0_80_0_0_e7a16234e69c5e8864da550a0df25eb1.jpg
BAKI, 8 oktyabr — Sputnik. ABŞ-ın yerli banklarının SWIFT sistemindən ayırmaq və dollarla ödənişlərə qadağa qoymaqla hədələməsi səbəbindən Türkiyə Rusiya ilə ticarətini azaltmaq məcburiyyətində qalıb. Bunu Türkiyənin "Vətən" Partiyasının sədr müavini Hakan Topkurulu "RİA Novosti"yə açıqlamasında bildirib. Avqustda "Financial Times" yazmışdı ki, ABŞ Türkiyəni, əgər respublika bir sıra ABŞ mallarının Rusiyaya ixracını məhdudlaşdırmasa, bunun nəticələri ilə təhdid edir. ABŞ Ticarət Nazirliyi Türkiyənin "ABŞ texnologiyasının Rusiyaya axınını" dayandırmalı olduğunu vurğulayıb. Topkurulu, Ankaranın ticarətinin böyük hissəsinin ABŞ valyutası ilə həyata keçirildiyini vurğulayaraq, "ABŞ-ın SWIFT sistemi və dollardan istifadə edərək beynəlxalq ticarətə embarqo qoyacağı təhdidinə görə Türkiyə Vaşinqtonun təzyiqinə müqavimət göstərə bilməz" deyib. Bundan əvvəl bildirilmişdi ki, türk ixracatçıları ABŞ-ın sanksiyaları fonunda Rusiya ilə ticarət problemlərinin həllində kömək istəyi ilə dövlət qurumlarına müraciət ediblər. Suallar birbaşa ölkələr arasında bank köçürmələrinin mürəkkəbliyindən yaranıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441540078_0:0:1777:1333_1920x0_80_0_0_e246a49656185adc2cb51bb4abef521c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
swift, rusiya, türkiyə, abş
swift, rusiya, türkiyə, abş
ABŞ Rusiya ilə ticarət etdiyi üçün Türkiyəni SWIFT-dən ayırmaqla hədələyir
ABŞ Türkiyəni, əgər respublika bir sıra ABŞ mallarının Rusiyaya ixracını məhdudlaşdırmasa, bunun nəticələri ilə təhdid edir.
BAKI, 8 oktyabr — Sputnik. ABŞ-ın yerli banklarının SWIFT sistemindən ayırmaq və dollarla ödənişlərə qadağa qoymaqla hədələməsi səbəbindən Türkiyə Rusiya ilə ticarətini azaltmaq məcburiyyətində qalıb.
Bunu Türkiyənin "Vətən" Partiyasının sədr müavini Hakan Topkurulu "RİA Novosti"yə açıqlamasında bildirib.
Avqustda "Financial Times" yazmışdı ki, ABŞ Türkiyəni, əgər respublika bir sıra ABŞ mallarının Rusiyaya ixracını məhdudlaşdırmasa, bunun nəticələri ilə təhdid edir. ABŞ Ticarət Nazirliyi Türkiyənin "ABŞ texnologiyasının Rusiyaya axınını" dayandırmalı olduğunu vurğulayıb.
Topkurulu, Ankaranın ticarətinin böyük hissəsinin ABŞ valyutası ilə həyata keçirildiyini vurğulayaraq, "ABŞ-ın SWIFT sistemi və dollardan istifadə edərək beynəlxalq ticarətə embarqo qoyacağı təhdidinə görə Türkiyə Vaşinqtonun təzyiqinə müqavimət göstərə bilməz" deyib.
Bundan əvvəl bildirilmişdi ki, türk ixracatçıları ABŞ-ın sanksiyaları fonunda Rusiya ilə ticarət problemlərinin həllində kömək istəyi ilə dövlət qurumlarına müraciət ediblər. Suallar birbaşa ölkələr arasında bank köçürmələrinin mürəkkəbliyindən yaranıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.