SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-ın Azərbaycanla bağlı mövqeyi Milli Məclisdə kəskin tənqid edildi

© AP Photo / Patrick SemanskyABŞ bayraqları, arxiv
ABŞ bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 08.10.2024
Abunə olmaq
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov bildirib ki, ABŞ-nin Azərbaycan dövlətinə qarşı bitərəf və qərəzli fikirləri tamamilə qəbuledilməzdir.
BAKI, 8 oktyabr— Sputnik. Azərbaycanın apardığı müstəqil siyasət, Prezident İlham Əliyevin xalqın və dövlətin maraqlarını bütün dünya ölkələri qarşısında yüksək səviyyədə ləyaqətlə təmsil etməsi, xalqın haqqını kiməsə verməməsi çox adamları, dövlətləri narahat edir.
Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin oktyabrın 8-də keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bu ölkələr digər bölgələrdə olduğu kimi, Cənubi Qafqazda da yenidən müharibə alovunu qızışdırmaq istəyir:
“Bunlardan biri də ABŞ-dir. Son 50 ildə ABŞ dünyada baş verən müharibələrdə ya dolayısı, ya da birbaşa iştirak edir. Bir çox ölkələrin daxili işlərinə qarışması, xırda-xırda dövlətləri yaradıb öz səfirləri vasitəsilə idarəetmə mexanizminə keçməsi ABŞ-nin birbaşa vəzifəsidir. Özünün insan hüquqları, demokratiya ilə Corc Vaşinqtonun yaratdığı prinsiplərdən kənara çəkilərək sırf işğalçılıq, qan tökmə siyasəti ilə məşğul olurlar. Tökülən qanların böyük hissəsinin məsuliyyəti də həmin dövlətin üzərinə düşür”.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib ki, Azərbaycana qarşı sanksiya tətbiq etmək cəhdləri əvvəl də olub:
“90-cı illərdə ABŞ-nin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəliş buna misaldır. Amma bu, Azərbaycana mane olmadı. Azərbaycan gücləndi, qüvvətləndi, öz torpaqlarını işğaldan azad etdi. O vaxt 907-ci düzəliş Azərbaycana təsir etmədisə, indi öz torpaqlarını azad etmiş, güclü Azərbaycanı hər hansı sanksiya ilə yolundan döndürmək mümkün deyil. Azərbaycan bütün dövlətlərlə sülh içərisində fəaliyyət göstərmək modeli tətbiq edir. İnanıram ki, bu günə qədər Prezident İlham Əliyevin yürütdüyü siyasət qalib gəldiyi kimi, bundan sonra da qalib gələcək. Azərbaycanı hər hansı sanksiya ilə yolundan döndərmək mümkün deyil”.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov bildirib ki, ABŞ-nin Azərbaycan dövlətinə qarşı bitərəf və qərəzli fikirləri tamamilə qəbuledilməzdir. Onun sözlərinə görə, bu, ilk növbədə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir.
Qeyd edək ki, Milli Məclisin deputatları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova məktub ünvanlayıb, ABŞ-la sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını istəyib.
Müraciətdə bildirilib ki, Azərbaycan tərəfinin ikitərəfli münasibətləri davam etdirmək əzmini qeyd etməklə bərabər vurğulamaq istərdik ki, bu yalnız bir tərəfin səyləri ilə mümkün deyil. Qarşılıqlılıq prinsipini və ikitərəfli münasibətləri məntiqi müstəviyə qaytarmaq məqsədini əsas götürərək hesab edirik ki, ABŞ tərəfinin sözügedən addımlarına cavab verməyin vaxtı çatmışdır.
Dövlət Departamentini Azərbaycana və onun Prezidentinə təzyiq göstərməyə çağıran konqresmenlərə xatırladırıq ki, xüsusilə 2020-ci ildən sonra baş verən hadisələr bir daha onu göstərdi ki, Azərbaycan heç vaxt hansısa təzyiqə, böhtana boyun əyməyib və heç bir iftira, heç bir hədə onun iradəsinə zərrə qədər belə təsir edə bilməz. Əksinə bu kim əməllərlə ABŞ Azərbaycan cəmiyyətində onsuz da dibə enən nüfuzunu daha da itirir. Bizim bu məktubumuz həm də Azərbaycan xalqının ABŞ-nin ikili standartlarına, yalançı dəyərlərinə olan hiddətini ifadə edir. Regionun ən güclü dövlətinə qarşı belə ədalətsiz, gülünc ittihamlar, hədələr həm də məktuba imza atan konqresmenlərin səbatsızlığını göstərir.
Bununla əlaqədar olaraq, Sizdən Azərbaycan və ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün aşağıdakı addımları həyata keçirməyi xahiş edirik:
-Azərbaycan və ABŞ arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanata və 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişə xitam verilməsi;
-Yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin uzadılması üzrə danışıqların dərhal dayandırılması;
-ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-nin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0