SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan XİN: Sülh müqaviləsi ərazi iddiaları narahatlıqlarını aradan qaldıracaq

© AP Photo / Alex BrandonSərhəddə tikanlı məftillər, arxiv
Sərhəddə tikanlı məftillər, arxiv - Sputnik Azərbaycan, 1920, 07.10.2024
Abunə olmaq
Ermənistan XİN sözçüsü qeyd edib ki, müqavilə layihəsində heç bir tərəfin sülh müqaviləsinin icrasına mane olmaq üçün öz daxili qanunvericiliyinə müraciət edə bilməyəcəyini bildirən maddə də var.
BAKI, 7 oktyabr — Sputnik. Sülh müqaviləsinin imzalanması İrəvan və Bakının mümkün ərazi iddiaları ilə bağlı narahatlıqlarını aradan qaldıracaq. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Badalyanın sözlərinə görə, Ermənistan Konstitusiyasına əsasən, ratifikasiya olunmuş beynəlxalq müqavilələr respublikanın daxili qanunvericiliyindən daha yüksək hüquqi qüvvəyə malikdir:
"Bu maddənin mətni daha konkret olaraq belədir: "Ermənistan Respublikası tərəfindən ratifikasiya olunmuş beynəlxalq müqavilələr ilə qanunların normaları arasında ziddiyyət yarandıqda, layihənin razılaşdırılmış hissəsində beynəlxalq müqavilələrin normaları tətbiq edilir. Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında" sazişdə tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə belə iddialarla çıxış etməyəcəyini öhdəsinə götürən maddə var",Badalyan deyib.
Onun sözlərinə görə, müqavilə layihəsində heç bir tərəfin sülh müqaviləsinin icrasına mane olmaq üçün öz daxili qanunvericiliyinə müraciət edə bilməyəcəyini bildirən maddə də var.
"Yəni, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalananda, konstitusiya məhkəməsindən onun konstitusiyaya uyğunluğu barədə rəy alındıqda və Milli Məclisdə ratifikasiya edildikdə, o, istənilən daxili qanunlardan daha yüksək hüquqi qüvvəyə malik olacaq", Badalyan bildirib.
Azərbaycan Ermənistanın öz konstitusiyasına düzəlişlər etməsini təkid edir, çünki orada Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı birbaşa çağırışlar var. Azərbaycan prezidenti İlham Əliyevin sözlərinə görə, Ermənistan Konstitusiyasına dəyişikliklər edilərsə, Bakı ilə İrəvan arasında sülh əldə oluna bilər. Yanvarın 19-da Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəyə "yeni geosiyasi şəraitdə ölkənin həyat qabiliyyətini təmin edəcək" yeni konstitusiya lazımdır. Daha sonra o, Ermənistan konstitusiyasının əsasını təşkil edən Müstəqillik Bəyannaməsinin müddəalarının ölkəni müharibə ilə hədələdiyini açıqlayıb. Avqustun sonunda isə ədliyyə naziri Qriqor Minasyan jurnalistlərə bildirib ki, 2027-ci il üçün konstitusiya referendumunun keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
0