https://sputnik.az/20241006/yaponiya-rusiya-ile-sulh-muqavilesi-baglamaq-istiqametindeki-kursuna-davam-edecek-467877105.html
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istiqamətindəki kursuna davam edəcək
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istiqamətindəki kursuna davam edəcək
Sputnik Azərbaycan
Yaponiya Nazirlər Kabinetinin yeni rəhbəri Siqeru İşiba ölkə parlamentindəki ilk əsas nitqində Yaponiya-Rusiya münasibətlərinin hazırda çətin vəziyyətdə... 06.10.2024, Sputnik Azərbaycan
2024-10-06T23:01+0400
2024-10-06T23:01+0400
2024-10-06T23:01+0400
yaponiya
dünya xəbərləri
rusiya
"vahid rusiya" partiyası
sülh
sülh sazişi
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/04/467876898_0:94:3072:1822_1920x0_80_0_0_c35fe1cea15accab7cafb2c1e08ed3a7.jpg
BAKI, 6 oktyabr — Sputnik. Yaponiya hökuməti Rusiya Federasiyası ilə sülh müqaviləsi bağlamağa yönəlmiş siyasəti davam etdirəcək. Bunu Yaponiya Nazirlər Kabinetinin yeni rəhbəri Siqeru İşiba ölkə parlamentindəki ilk əsas nitqində bildirib. "Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində kursunu davam etdirəcək" – "TASS" baş nazirdən sitat gətirib. Eyni zamanda, Nazirlər Kabinetinin rəhbəri Yaponiyanın davamlı sanksiya təzyiqini, eləcə də Tokionun Kiyevə dəstəyini açıqlayıb. Xatırladaq ki, oktyabrın 1-də baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi Yaponiya hökumətinin istefa verdiyi məlum olub. Liberal Demokrat Partiyasının sədri Siqeru İşiba ölkənin Nazirlər Kabinetinin yeni rəhbəri seçilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/04/467876898_171:0:2902:2048_1920x0_80_0_0_7e9e0c1eaa9c4dea396f13fde40e3a1e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
yaponiya, rusiya, "vahid rusiya" partiyası, sülh, sülh sazişi
yaponiya, rusiya, "vahid rusiya" partiyası, sülh, sülh sazişi
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istiqamətindəki kursuna davam edəcək
Yaponiya Nazirlər Kabinetinin yeni rəhbəri Siqeru İşiba ölkə parlamentindəki ilk əsas nitqində Yaponiya-Rusiya münasibətlərinin hazırda çətin vəziyyətdə olduğunu bildirib.
BAKI, 6 oktyabr — Sputnik. Yaponiya hökuməti Rusiya Federasiyası ilə sülh müqaviləsi bağlamağa yönəlmiş siyasəti davam etdirəcək.
Bunu Yaponiya Nazirlər Kabinetinin yeni rəhbəri Siqeru İşiba ölkə parlamentindəki ilk əsas nitqində bildirib.
"Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində kursunu davam etdirəcək" – "TASS" baş nazirdən sitat gətirib.
Eyni zamanda, Nazirlər Kabinetinin rəhbəri Yaponiyanın davamlı sanksiya təzyiqini, eləcə də Tokionun Kiyevə dəstəyini açıqlayıb.
Xatırladaq ki, oktyabrın 1-də baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi Yaponiya hökumətinin istefa verdiyi məlum olub. Liberal Demokrat Partiyasının sədri Siqeru İşiba ölkənin Nazirlər Kabinetinin yeni rəhbəri seçilib.