https://sputnik.az/20241006/mossad-hizbullahin-peycerlerini-partlatmaq-emeliyyatini-2022-ci-ilden-planlasdirib-467901335.html
“Mossad” “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırıb
“Mossad” “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırıb
Sputnik Azərbaycan
İlk minalanmış ratsiyalar Livanda hələ 2015-ci ildə peyda olub. 06.10.2024, Sputnik Azərbaycan
2024-10-06T11:47+0400
2024-10-06T11:47+0400
2024-10-06T11:47+0400
dünya xəbərləri
israil
"hizbullah"
"hizbullah" təşkilatı
hizbullah
mossad
partlayış
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467504342_0:0:3640:2048_1920x0_80_0_0_7eb62bf18d56fc484648096b7b57710a.jpg
BAKI, 6 oktyabr - Sputnik. İsrailin kəşfiyyat xidməti “Mossad” Livanın “Hizbullah” hərəkatının rabitə cihazlarını partlatmaq əməliyyatını iki ildən çox planlaşdırıb.“Report” xəbər verir ki, bu barədə ABŞ mətbuatı Amerika, İsrail və Yaxın Şərq mənbələrinə istinadən məlumat yayıb.Eyni zamanda, ilk minalanmış ratsiyalar Livanda hələ 2015-ci ildə peyda olub.Məlumata görə, “Hizbullah” bir neçə il ərzində böyük batareyalı, gizli partlayıcı və dinləmə sistemi olan ratsiyaları istifadə edib. Güman edilirdi ki, ratsiyalar “gələcək böhran zamanı” partladıla bilər. Daha sonra “Mossad” bu məqsədlər üçün güclü partlayıcı ilə təchiz edilmiş daha kompakt peycerlərdən istifadə etməyi qərara alıb.Bu ideya isə 2022-ci ildə yaranıb. “Hizbullah” İsrail və ya onun müttəfiqlərindən cihazlar almayacağı üçün “Mossad” maskalama kimi Tayvanın “Apollo” brendindən istifadə etməyi qərara alıb. İstehsal üçün autsorsinqə verilən peycerlər “Mossad”ın nəzarəti altında İsraildə istehsal edilib, lakin “Apollo” bundan xəbərsiz olub.Qəzetin yazdığına görə, hücum günü “Hizbullah” üzvlərinin peycerlərinə “şifrələnmiş mesaj” gəlib və onu görmək üçün iki düyməni basmaq lazım idi – bununla “Mossad”, döyüşçülərin hər iki əlinin yaralanmasına nail olmaq istəyirdi. Bir neçə yüksəkvəzifəli məmur “Mossad”ın əməliyyatı barədə sentyabrın 12-də – hücumdan bir neçə gün əvvəl xəbər tutub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467504342_588:306:2911:2048_1920x0_80_0_0_66177223a1b554f6f6e45bc34ee83fc6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, "hizbullah", "hizbullah" təşkilatı, hizbullah, mossad, partlayış
israil, "hizbullah", "hizbullah" təşkilatı, hizbullah, mossad, partlayış
“Mossad” “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırıb
İlk minalanmış ratsiyalar Livanda hələ 2015-ci ildə peyda olub.
BAKI, 6 oktyabr - Sputnik. İsrailin kəşfiyyat xidməti “Mossad” Livanın “Hizbullah” hərəkatının rabitə cihazlarını partlatmaq əməliyyatını iki ildən çox planlaşdırıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ mətbuatı Amerika, İsrail və Yaxın Şərq mənbələrinə istinadən məlumat yayıb.
Eyni zamanda, ilk minalanmış ratsiyalar Livanda hələ 2015-ci ildə peyda olub.
Məlumata görə, “Hizbullah” bir neçə il ərzində böyük batareyalı, gizli partlayıcı və dinləmə sistemi olan ratsiyaları istifadə edib. Güman edilirdi ki, ratsiyalar “gələcək böhran zamanı” partladıla bilər. Daha sonra “Mossad” bu məqsədlər üçün güclü partlayıcı ilə təchiz edilmiş daha kompakt peycerlərdən istifadə etməyi qərara alıb.
Bu ideya isə 2022-ci ildə yaranıb. “Hizbullah” İsrail və ya onun müttəfiqlərindən cihazlar almayacağı üçün “Mossad” maskalama kimi Tayvanın “Apollo” brendindən istifadə etməyi qərara alıb. İstehsal üçün autsorsinqə verilən peycerlər “Mossad”ın nəzarəti altında İsraildə istehsal edilib, lakin “Apollo” bundan xəbərsiz olub.
Qəzetin yazdığına görə, hücum günü “Hizbullah” üzvlərinin peycerlərinə “şifrələnmiş mesaj” gəlib və onu görmək üçün iki düyməni basmaq lazım idi – bununla “Mossad”, döyüşçülərin hər iki əlinin yaralanmasına nail olmaq istəyirdi. Bir neçə yüksəkvəzifəli məmur “Mossad”ın əməliyyatı barədə sentyabrın 12-də – hücumdan bir neçə gün əvvəl xəbər tutub.