https://sputnik.az/20241006/a-ve-bee-azad-ticaret-zonasi-ile-bagli-danisiqlari-ayin-sonuna-kimi-basa-catdira-biler-467886876.html
Aİİ və BƏƏ azad ticarət zonası ilə bağlı danışıqları ayın sonuna kimi başa çatdıra bilər
Aİİ və BƏƏ azad ticarət zonası ilə bağlı danışıqları ayın sonuna kimi başa çatdıra bilər
Sputnik Azərbaycan
Aİİ ilə BƏƏ arasında azad ticarət sazişinin bağlanması üzrə danışıqlara başlamaq qərarı 2022-ci ilin dekabrında qəbul edilib. 06.10.2024, Sputnik Azərbaycan
2024-10-06T16:06+0400
2024-10-06T16:06+0400
2024-10-06T16:06+0400
aii
iqtisadiyyat
bəə
indoneziya
https://cdnn1.img.sputnik.az/img/40796/59/407965920_0:0:5185:2916_1920x0_80_0_0_9ef409eb3dc60f1d820a12f622a04698.jpg
BAKI, 6 oktyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində azad ticarət zonası ilə bağlı sazişləri yekunlaşdıra bilər. Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) ticarət naziri Andrey Slepnyov deyib. "BƏƏ ilə sövdələşməni yekunlaşdırmaq mərhələsindəyik. Bunu kifayət qədər tez edə biləcəyimiz üçün hər cür şansımız var. Ancaq bunun üçün biz ciddi sıçrayış etməliyik. Bunu təkcə bir komissiya ilə deyil, üzv olan dövlətlərimizlə birlikdə etməliyik. Yalnız bu, realdır", nazir qeyd edib. Slepnyovun sözlərinə görə, İndoneziya ilə azad ticarət zonası üzrə danışıqlar da son mərhələdədir. "İndoneziyaya gəldikdə, biz finala yaxınıq. Burada BƏƏ ilə danışıqlara nisbətən bir az daha uzun yol qalıb, lakin hər iki halda sazişin əsas müddəaları artıq razılaşdırılıb", AİK ticarət naziri bildirib. Xatırladaq ki, BƏƏ ilə azad ticarət sazişinin bağlanması üzrə danışıqlara başlamaq qərarı 2022-ci ilin dekabrında qəbul edilib. Hazırda danışıqların dörd raundu 2023-cü ilin martında, iyununda və 2024-cü ilin iyununda, sentyabrında keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40796/59/407965920_483:0:4586:3077_1920x0_80_0_0_b32b1a2e0ac05f3c41e67181dc254718.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
aii, bəə, indoneziya
Aİİ və BƏƏ azad ticarət zonası ilə bağlı danışıqları ayın sonuna kimi başa çatdıra bilər
Aİİ ilə BƏƏ arasında azad ticarət sazişinin bağlanması üzrə danışıqlara başlamaq qərarı 2022-ci ilin dekabrında qəbul edilib.
BAKI, 6 oktyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində azad ticarət zonası ilə bağlı sazişləri yekunlaşdıra bilər.
Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) ticarət naziri Andrey Slepnyov deyib.
"BƏƏ ilə sövdələşməni yekunlaşdırmaq mərhələsindəyik. Bunu kifayət qədər tez edə biləcəyimiz üçün hər cür şansımız var. Ancaq bunun üçün biz ciddi sıçrayış etməliyik. Bunu təkcə bir komissiya ilə deyil, üzv olan dövlətlərimizlə birlikdə etməliyik. Yalnız bu, realdır", nazir qeyd edib.
Slepnyovun sözlərinə görə, İndoneziya ilə azad ticarət zonası üzrə danışıqlar da son mərhələdədir.
"İndoneziyaya gəldikdə, biz finala yaxınıq. Burada BƏƏ ilə danışıqlara nisbətən bir az daha uzun yol qalıb, lakin hər iki halda sazişin əsas müddəaları artıq razılaşdırılıb", AİK ticarət naziri bildirib.
Xatırladaq ki, BƏƏ ilə azad ticarət sazişinin bağlanması üzrə danışıqlara başlamaq qərarı 2022-ci ilin dekabrında qəbul edilib. Hazırda danışıqların dörd raundu 2023-cü ilin martında, iyununda və 2024-cü ilin iyununda, sentyabrında keçirilib.