DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

HƏMAS İsrailin zərbələri zamanı komandirinin öldürüldüyünü təsdiqləyib

© AP Photo / KEVIN FRAYERİsrail bayraqları, arxiv
İsrail bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 05.10.2024
Abunə olmaq
Oktyabrın 4-də İsrailin Müdafiə Ordusu ölkənin Baş Təhlükəsizlik Xidməti ilə birlikdə HƏMAS-ın Tulkarmdakı qruplaşmasının rəhbəri Zahi Yasir əl-Razake Ufini öldürüb.
BAKI, 5 oktyabr - Sputnik. Fələstinin HƏMAS hərəkatının hərbi qanadı olan “Al-Kassam” briqadaları İsrailin İordan çayının qərb sahilindəki Tulkarm şəhərində eyniadlı qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində komandirlərindən birinin öldürüldüyünü təsdiqləyib.
Məlumata görə, hərbi qanad itki üçün yas saxlayır. Onlar həmçinin hava hücumu nəticəsində daha 7 döyüşçünün öldürüldüyünü bildiriblər.
Oktyabrın 4-də İsrailin Müdafiə Ordusu ölkənin Baş Təhlükəsizlik Xidməti ilə birlikdə HƏMAS-ın Tulkarmdakı qruplaşmasının rəhbəri Zahi Yasir əl-Razake Ufini öldürüb.
İsrail ordusunun verdiyi məlumata görə, Fələstin “İslami cihad” hərəkatının yüksək vəzifəli üzvü Cit Raduan da İsrailin hava hücumu nəticəsində həlak olub. İordan çayının qərb sahilində fəaliyyət göstərən Həmas və İslami Cihad hərəkatlarından ümumilikdə 7 döyüşçü öldürülüb.
15.09.24, 20:39
İsrail ordusu HƏMAS-ın qərargahını darmadağın edib
İsrail hərbçiləri Qəzza bölgəsinin Beyt-Xanun şəhərində radikal Fələstin HƏMAS hərəkatının silahlı qanadının qərargahına zərbə endirib.
Bu barədə İsrail Sİlahlı Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, qərargah Beyt-Xanunda "Raazi eş-Şua" məktəbi kimi istifadə olunan kompleksin daxilində yerləşdirilib. Bu yer HƏMAS-ın nəzarət və idarəetmə mərkəzi kimi tanınır.
Buradan həmçinin İsrail müdafiə qüvvələrinə və dövlətin özünün ərazisinə qarşı raket hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat sığınacağı kimi istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0