https://sputnik.az/20241005/bu-gun-muellimlerin-pese-bayramidir-nazir-onlari-nece-tebrik-etdi-467888119.html
Bu gün müəllimlərin peşə bayramıdır: Nazir onları necə təbrik etdi?
Bu gün müəllimlərin peşə bayramıdır: Nazir onları necə təbrik etdi?
Sputnik Azərbaycan
"Müəllimlər günü" hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir. 05.10.2024, Sputnik Azərbaycan
2024-10-05T08:48+0400
2024-10-05T08:48+0400
2024-10-05T09:00+0400
təhsil
emin əmrullayev
müəllimlər günü
beynəlxalq müəllimlər günü
müəllimlər
müəllimlər günü
bmt
unesco
unesco
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433801_0:0:2000:1125_1920x0_80_0_0_98149a0165a71f06cfa7acde7f90127e.jpg
BAKI, 5 oktyabr - Sputnik. Müəllimlərin gənc nəslin təlim-tərbiyəsində, cəmiyyətin inkişafında rolu əvəzsizdir.Bunu elm və təhsil naziri Emin Əmrullayev feysbuk sosial şəbəkəsi hesabında yazıb.“Dəyərli müəllimlər! Gənc nəslin təlim və tərbiyəsində, cəmiyyətimizin inkişafında rolunuz əvəzsizdir. Bu şərəfli işdə göstərdiyiniz əzm və fədakarlıq üçün təşəkkür edirik! Gününüz mübarək!”, - nazir qeyd edib.Qeyd edək ki, 5 oktyabrda Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur. Ümumdünya Müəllimlər Günü hər il oktyabrın 5-də müəllimlərin əməyini qeyd etmək üçün keçirilən beynəlxalq gündür. 1994-cü ildə yaradılıb və Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən tövsiyələrin imzalanmasının xatirəsinə həsr olunub. 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.1966-cı ildə qəbul edilən "Müəllimlərin Vəziyyəti ilə bağlı BƏT/UNESCO Tövsiyəsi" dünya üzrə müəllimlərin statusu və vəziyyətlərinə toxunan standart təyin edən alətdir. Bu tövsiyə təhsil üzrə kadr siyasəti, işə qəbul və ilkin hazırlıq, eləcə də müəllimlərin davamlı təhsili, onların məşğulluğu və iş şəraiti ilə bağlı standartları əks etdirir. Ümumdünya Müəllimlər Günü "dünyanın təhsil işçilərinin qiymətləndirilməsi, təkmilləşdirilməsi" mövzusuna diqqət yetirmək, müəllimlər və tədrislə bağlı məsələləri nəzərdən keçirmək imkanı vermək məqsədi daşıyır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433801_114:0:1887:1330_1920x0_80_0_0_09c8826cdc98bf6cf6bb7c239672360e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
emin əmrullayev, müəllimlər günü, beynəlxalq müəllimlər günü, müəllimlər, müəllimlər günü, bmt, unesco, unesco
emin əmrullayev, müəllimlər günü, beynəlxalq müəllimlər günü, müəllimlər, müəllimlər günü, bmt, unesco, unesco
Bu gün müəllimlərin peşə bayramıdır: Nazir onları necə təbrik etdi?
08:48 05.10.2024 (Yenilənib: 09:00 05.10.2024) "Müəllimlər günü" hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.
BAKI, 5 oktyabr - Sputnik. Müəllimlərin gənc nəslin təlim-tərbiyəsində, cəmiyyətin inkişafında rolu əvəzsizdir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev feysbuk sosial şəbəkəsi hesabında yazıb.
“Dəyərli müəllimlər! Gənc nəslin təlim və tərbiyəsində, cəmiyyətimizin inkişafında rolunuz əvəzsizdir. Bu şərəfli işdə göstərdiyiniz əzm və fədakarlıq üçün təşəkkür edirik! Gününüz mübarək!”, - nazir qeyd edib.
Qeyd edək ki, 5 oktyabrda Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.
Ümumdünya Müəllimlər Günü hər il oktyabrın 5-də müəllimlərin əməyini qeyd etmək üçün keçirilən beynəlxalq gündür. 1994-cü ildə yaradılıb və Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən tövsiyələrin imzalanmasının xatirəsinə həsr olunub.
5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir.
Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.
1966-cı ildə qəbul edilən "Müəllimlərin Vəziyyəti ilə bağlı BƏT/UNESCO Tövsiyəsi" dünya üzrə müəllimlərin statusu və vəziyyətlərinə toxunan standart təyin edən alətdir. Bu tövsiyə təhsil üzrə kadr siyasəti, işə qəbul və ilkin hazırlıq, eləcə də müəllimlərin davamlı təhsili, onların məşğulluğu və iş şəraiti ilə bağlı standartları əks etdirir.
Ümumdünya Müəllimlər Günü "dünyanın təhsil işçilərinin qiymətləndirilməsi, təkmilləşdirilməsi" mövzusuna diqqət yetirmək, müəllimlər və tədrislə bağlı məsələləri nəzərdən keçirmək imkanı vermək məqsədi daşıyır.