Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İranın İsrailə atdığı raketlər hansı hədəflərə çatdı?

© AP Photo / Leo Correaİranın İsrailə atdığı raketlər
İranın İsrailə atdığı raketlər - Sputnik Azərbaycan, 1920, 04.10.2024
Abunə olmaq
Yaxın Şərqdə böyük müharibənin mümkünlüyü getdikcə artır.
İranın İsraildəki TSAXAL obyektlərinə iri uzaqmənzilli raketlə kütləvi hücumu ən yeni "Dəmir qübbə" hava hücumundan müdafiə sistemini vuraraq hərbi bazaları və "Mossad"ın Tel-Əvivdəki kəşfiyyat qərargahını məhv edib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraili təkcə "cilovlamayıb", həm də onun hərbi-texnoloji üstünlüyünü və bir sıra Yaxın Şərq dövlətlərinin iştirakı ilə ehtimal olunan silahlı münaqişənin miqyasını nümayiş etdirib.
İsraillilər tərəfindən HƏMAS-ın, "Hizbullah"ın liderləri, SEPAH-ın rəhbərinin müavini öldürdükdən və Cənubi Livanda TSAXAL-ın "Şimal oxları" adlı xüsusi hərbi əməliyyatına (XHƏ) başlamasından sonra Tehranın "strateji səbri" oktyabrın 1-i axşam sona çatıb. 500-ə qədər İran raketi İsraildəki mühüm hədəflərə uçub. "Fəttah" hipersəs raketləri (uçuş məsafəsi 1400 km-ə qədərdir) bir neçə dəqiqə ərzində 1000 km-dən çox məsafəni qət edərək, İsrail və ABŞ mütəxəssislərinin birgə hazırladığı "Arrow-2" və "Arrow-3" raketdən müdafiə sistemlərini darmadağın edib.
ABŞ-ın "Military Watch" jurnalının məlumatına görə, zərbə nəticəsində "Nevatim" aviabazası və İsrail Hərbi Hava Qüvvələrinin "20-dən çox F-35 qırıcısı" "tamamilə məhv edilib. "Hod-ha-Şaron" hərbi bazası (Tel-Əvivdən 17 km şimalda), Qəzza zolağının şimal və cənub hissələrinə bölünən 4 km-lik Netsarim dəhlizində TSAXAL hərbçiləri və tankları vurulub. İsrail, gözlənildiyi kimi, bütün İran raketlərinin qarşısının aləndığını və ya onların səhraya düşdüyünü açıqlayaeaq heç bir itkinin olmadığını qeyd edib. Lakin raketlər Təl-Əvivə çatıb və demək olar ki, bütün şəhərdə partlayışlar müşahidə edilib və videoya çəkilib.
Kütləvi raket zərbəsi Tehranın hərbi-texnoloji üstünlüyünü və İsrailin "Dəmir qübbə" raketdən müdafiə sisteminin ciddi çatışmazlıqlarını nümayiş etdirib. Qeyd edək ki, 10 qübbə batareyanın hər biri 100 milyon dollara başa gəlir, İranın "Fəttah" raketləri isə 2024-cü ilin aprelində də "Nevatim" bazasına uçub.
İsrail "misli görünməmiş cavab" hazırlayır. Tehran rəsmi olaraq bəyan edib ki, "qanuni əməliyyata" (ölkənin suverenliyini müdafiə etmək) hərbi yolla cavab vermək daha da sarsıdıcı zərbələrə səbəb olacaq. SEPAH generalı İsmayıl Kousari "dağıdıcı gücə malik olan dünyanı sarsıdacaq digər raketlərdən" istifadənin mümkünlüyünü açıqlayıb (bu havaya atılan sözlər deyil). İran həmçinin regional hərbi bazaları kifayət qədər həssas olan ABŞ-ı da münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq edib.
Böyük müharibənin olması mümkündür
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası dünən Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili iclas keçirib. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan İrana "ciddi nəticələr" vəd edib. Alçaldılmış və təhqir olunmuş Pentaqon bölgədə əlavə qüvvələri - F-15/F-16 qırıcılarından və A-10 hücum təyyarələrindən ibarət üç eskadrilya, "Harri Truman" təyyarədaşıyan gəmisinin zərbə qrupu cəmləşdirir. F-35C və F/A-18 hərbi döyüş təyyarəsi ilə "əvəzolunmaz" "Abraham Linkoln" təyyarədaşıyan gəmisi də bölgədə qalır. Böyük Britaniya iştirakını elan edib. İsrail Beyrutu bombalamağa davam edir. Livanın "Hizbullah" hərəkatı və Yəmən silahlı qüvvələri TSAXAL-ın bazalarına cavab raket zərbələri endirirlər. Yaxın Şərqdə böyük müharibənin mümkünlüyü getdikcə yaxınlaşır. Nüvə silahından istifadə və nüvə obyektlərinin məhv edilməsini istisna etmək olmaz.
Eyni zamanda İranın müdafiə potensialı heç vaxt Asiya regionundakı təcavüzkarların cəzasız qalacağını vəd etməyib. ABŞ-ın "Patriot" zenit raket kompleksi (ZRK) əsasında İran sərhədləri yaxınlığında yerləşdirilən hava hücumundan və raketdən müdafiə mövqeləri təxminən 5 Max sürətlə hədəflərin qarşısını almaq üçün nəzərdə tutulub. Uçuş zamanı 15 Max sürətlə (17 min km/saatdan çox) manevr edə bilən "Fəttah" raketi SEPAH-a cəmi 6 dəqiqə ərzində bütün İsrail, Türkiyə, Azərbaycan, Əfqanıstan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələrdə mühüm hərbi hədəfləri zəmanətlə vurmağa imkan verir. "Fəttah" hipersəs raketi düşmənin ən mühüm idarəetmə və müdafiə sistemlərini məhv etmək üçün nəzərdə tutulub.
İranın müdafiə sənayesinin nümayəndələri raket silahlarının davamlı texnoloji inkişafını qeyd edirlər. Xarici ekspertlər uçuş məsafəsi 500 km-ə qədər olan İranın müasir "Fatih-110", uçuş məsafəsi 700 km olan "Zulfiqar", uçuş məsafəsi" 1000 km olan "Dezful" və uçuş məsafəsi 2000 km-ə qədər olan "Xorremşəhr" raketlərini yüksək qiymətləndirirlər. İran istehsalı olan digər unikal raket 8000 km-ə qədər uçuş məsafəsinə malik olan gözəgörünməz "Qiam-1"dir. "Qiam-1" buraxılış qurğusu sürətlə hərəkət etmə qabiliyyətinə malikdir, gəmilərdə və sualtı qayıqlarda yerləşdirilə bilər. Amerikalılar bu yaxınlarda İran Hərbi Dəniz Qüvvələrinin C-601, C-701, C-704, C-802, Nasr-1 və Noor, həmçinin uçuş məsafəsi 20-dən 300-ə qədər olan "Khalij Fars" gəmi əleyhinə raketlərinin yüksək effektivliyini tanıyıblar. İran raketlərinin uçuş məsafəsi, dəqiqliyi və gücü durmadan artır. Tehranın əsas prioriteti regional sülh və sabitliyi etibarlı şəkildə təmin etməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0