DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan BRİKS sammitində iştirakını təsdiqləyib: Rusiya əleyhinə sanksiyalara qoşulmayacaq

© AP Photo / Pavel GolovkinTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2024
Abunə olmaq
Ryabkov deyib ki, BRİKS-ə üzv olmaq şərtlərindən biri də assosiasiya üzvlərinə qarşı sanksiyalara qoşulmamaqdır.
BAKI, 4 oktyabr — Sputnik. Cari ilin oktyabr ayında keçiriləcək BRİKS sammitində 30-dan çox dövlət liderləri artıq iştiraklarını təsdiqləyiblər.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov sammitə hazırlıqla bağlı keçirilən mətbuat konfransında məlumat verib.
"Bu gün artıq otuzdan çox dövlətdən, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Müstəqil Dövlətlər Birliyindəki (MDB) ən yaxın qonşularımız və tərəfdaşlarımızdan müvafiq təsdiqlər alınıb", Rusiya xarici işlər nazirinin müavini qeyd edib.
Bundan əlavə, Ryabkov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kazanda keçiriləcək BRİKS sammitində "autriç" formatında iştirakını təsdiqləyib.
Diplomat həmçinin vurğulayıb ki. BRİKS-ə üzv olmaq şərtlərindən biri də assosiasiya üzvlərinə qarşı sanksiyalara qoşulmamaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0