CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat velosiped yollarından şikayət etdi

© Photo : Azerbaijan Land Transport AgencyDaha bir küçədə ikitərəfli velosiped zolağı çəkildi
Daha bir küçədə ikitərəfli velosiped zolağı çəkildi - Sputnik Azərbaycan, 1920, 04.10.2024
Abunə olmaq
Zahid Oruc deyib ki, avtobuslar üçün zolaqlar yaratsaq avtobus qalıb bir tərəfdə, bütün zolaqlar zəbt olunub.
BAKI, 4 oktyabr — Sputnik. Bakıda velosiped üçün yollar yaradılsa da, velosiped sürən yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Zahid Oruc Bakıda "Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər" mövzusunda keçirilən "3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Beyin Mərkəzləri Forumu"nda bildirib.
"Avtobuslar üçün zolaqlar yaratmışıq, avtobus qalıb bir tərəfdə, bütün zolaqlar zəbt olunub. Velosiped yolları yaratmışıq, ancaq velosiped sürən varmı? Yox. Bu gün Azərbaycan cəmiyyəti alternativ enerjiyə keçməyə hazırdırmı? Kimsə sorğu edə bilirmi cəmiyyətdə alternativ enerjiyə baxış necədir? Həqiqətən günəşi və küləyi real enerjiyə çevirməyə hazırıqmı? Bu sahədə böyük işlər görməliyik", - deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, Bakı şəhərində 8.5 km velosiped yolları yaradılıb və bu yolların mərhələlərlə 50 km-ə çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, işıqforlarda 22 ədəd velosiped bölməsi yaradılıb. Anar Rzayev onu da əlavə edib ki, xüsusi qurğular vasitəsilə velosiped üçün 26 ədəd duracaq yaradılıb.
Xəbər lenti
0