https://sputnik.az/20241004/bal-yarmarkasinda-ne-qeder-bal-satildi-467877238.html
Bal yarmarkasında nə qədər bal satıldı?
Bal yarmarkasında nə qədər bal satıldı?
Sputnik Azərbaycan
31 arıçı keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri üzrə ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə təşkilatçı qurum tərəfindən sertifikatla... 04.10.2024, Sputnik Azərbaycan
2024-10-04T20:32+0400
2024-10-04T20:32+0400
2024-10-04T20:32+0400
bal
iqtisadiyyat
yarmarka
kənd təsərrüfatı
kənd təsərrüfatı nazirliyi
qida təhlükəsizliyi agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459199216_0:120:1280:840_1920x0_80_0_0_751371b78c8efdbf62f7a57862f50ac8.jpg
BAKI, 4 oktyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 9-29 sentyabr tarixlərində arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçirilib. Fermerlər tərəfindən yarmarkaya gətirilən 120 tona yaxın arıçılıq məhsulundan 67,5 tonu satılıb. Satılan məhsulların 3 tondan çoxu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür. Sputnik Azərbaycan xəbər verir ki, bu il paytaxtda keçirilən Bal yarmarkasında Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 275 arıçı iştirak edib. İştirakçılara maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı (çərçivə) gətirmək hüququ verilib. Yarmarkada 37 ton cökə balı, 26,3 ton çiçək balı, 13,7 ton meşə balı satışa çıxarılıb. Çiçək, cökə və meşə balları yarmarka dövründə satışa təqdim olunan bütün bal məhsullarının 64 faizini təşkil edir. Bundan başqa, arıçı fermerlər yarmarkada qaratikan balı, may balı, dağ balı, biyan balı, çəmən balı, şabalıd balı, akasiya balı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr satışa çıxarıblar. Təqdim edilən bütün arıçılıq məhsulları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlamadan keçirilib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb. Qeyd edək ki, yarmarkanın son günündə 31 arıçı keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri üzrə ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə təşkilatçı qurum tərəfindən sertifikatla təltif olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459199216_0:0:1280:960_1920x0_80_0_0_d3a8cb7349c1f5d0c7ccd71eaab546f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bal, yarmarka, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi, qida təhlükəsizliyi agentliyi
bal, yarmarka, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi, qida təhlükəsizliyi agentliyi
Bal yarmarkasında nə qədər bal satıldı?
31 arıçı keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri üzrə ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə təşkilatçı qurum tərəfindən sertifikatla təltif olunub.
BAKI, 4 oktyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 9-29 sentyabr tarixlərində arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçirilib. Fermerlər tərəfindən yarmarkaya gətirilən 120 tona yaxın arıçılıq məhsulundan 67,5 tonu satılıb. Satılan məhsulların 3 tondan çoxu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.
Sputnik Azərbaycan xəbər verir ki, bu il paytaxtda keçirilən Bal yarmarkasında Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 275 arıçı iştirak edib. İştirakçılara maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı (çərçivə) gətirmək hüququ verilib. Yarmarkada 37 ton cökə balı, 26,3 ton çiçək balı, 13,7 ton meşə balı satışa çıxarılıb. Çiçək, cökə və meşə balları yarmarka dövründə satışa təqdim olunan bütün bal məhsullarının 64 faizini təşkil edir.
Bundan başqa, arıçı fermerlər yarmarkada qaratikan balı, may balı, dağ balı, biyan balı, çəmən balı, şabalıd balı, akasiya balı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr satışa çıxarıblar.
Təqdim edilən bütün arıçılıq məhsulları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlamadan keçirilib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb.
Qeyd edək ki, yarmarkanın son günündə 31 arıçı keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri üzrə ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə təşkilatçı qurum tərəfindən sertifikatla təltif olunub.