CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət qismən məhdudlaşdırılacaq

© Azerbaijan Highway State AgencyXəzərdə yolun təmiri
Xəzərdə yolun təmiri - Sputnik Azərbaycan, 1920, 04.10.2024
Abunə olmaq
Təqribən 1,5 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.
Müraciətdə deyilir ki, Bakı-Şamaxı-Yavlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 1,5 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
Xəbər lenti
0