https://sputnik.az/20241003/zeherlenmeden-uc-nefer-dunyasini-deyisdi-467833578.html
Zəhərlənmədən üç nəfər dünyasını dəyişdi
Zəhərlənmədən üç nəfər dünyasını dəyişdi
Sputnik Azərbaycan
Ölüm halları sirkə turşusu, psixotrop dərman zəhərlənmələrindən qeydə alınıb. 03.10.2024, Sputnik Azərbaycan
2024-10-03T12:33+0400
2024-10-03T12:33+0400
2024-10-03T12:33+0400
zəhərlənmə
səhiyyə
kliniki tibbi mərkəz
kliniki tibbi mərkəzin toksikologiya şöbəsi
respublika toksikologiya mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608704_0:0:3073:1728_1920x0_80_0_0_82dc1ec0787d07b53fe8b2139ed66837.jpg
BAKI, 3 oktyabr — Sputnik. Sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə KTM məlumat yayıb. Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 40 nəfər dərmandan, 38 nəfər sirkə turşusundan, 9 nəfər ilan sancmasından, 4-ü fosfor üzvi birləşmələrdən, 2-si spirtli içkidən, 1 nəfər göbələkdən zəhərlənən şəxslərdir. Həmçinin 6 nəfər allergik reaksiya, 1 nəfər isə anafilaksiya səbəbi ilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (2 nəfər kişi cinsli, 1 nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu, psixotrop dərman zəhərlənmələrindən qeydə alınıb. Müqayisə üçün bildirək ki, bu ilin avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 103 nəfər qəbul edilib. Şöbəyə qəbul edilən xəstələrdən 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir. Həmçinin 16 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər rodensisid (siçan dərmanı ilə zəhərlənmə), 1 nəfər botulizm səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, sirkə turşusundan zəhərlənən şəxslərdən 4-ü (2 qadın, 2 kişi) dünyasını dəyişib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608704_0:0:2731:2048_1920x0_80_0_0_36c8377665a0cc67d196f54af78a9eaa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəhərlənmə, kliniki tibbi mərkəz, kliniki tibbi mərkəzin toksikologiya şöbəsi, respublika toksikologiya mərkəzi
zəhərlənmə, kliniki tibbi mərkəz, kliniki tibbi mərkəzin toksikologiya şöbəsi, respublika toksikologiya mərkəzi
Zəhərlənmədən üç nəfər dünyasını dəyişdi
Ölüm halları sirkə turşusu, psixotrop dərman zəhərlənmələrindən qeydə alınıb.
BAKI, 3 oktyabr — Sputnik. Sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 40 nəfər dərmandan, 38 nəfər sirkə turşusundan, 9 nəfər ilan sancmasından, 4-ü fosfor üzvi birləşmələrdən, 2-si spirtli içkidən, 1 nəfər göbələkdən zəhərlənən şəxslərdir. Həmçinin 6 nəfər allergik reaksiya, 1 nəfər isə anafilaksiya səbəbi ilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (2 nəfər kişi cinsli, 1 nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu, psixotrop dərman zəhərlənmələrindən qeydə alınıb.
Müqayisə üçün bildirək ki, bu ilin avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 103 nəfər qəbul edilib. Şöbəyə qəbul edilən xəstələrdən 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir. Həmçinin 16 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər rodensisid (siçan dərmanı ilə zəhərlənmə), 1 nəfər botulizm səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, sirkə turşusundan zəhərlənən şəxslərdən 4-ü (2 qadın, 2 kişi) dünyasını dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.