https://sputnik.az/20241003/zaxarova-quterresin-sraile-girisinin-qadagan-edilmesi-sulh-isine-komek-etmeyecek-467835358.html
Zaxarova: Quterreşin İsrailə girişinin qadağan edilməsi sülh işinə kömək etməyəcək
Zaxarova: Quterreşin İsrailə girişinin qadağan edilməsi sülh işinə kömək etməyəcək
Sputnik Azərbaycan
Məhz Vaşinqton BMT Təhlükəsizlik Şurasının bir çox qətnamə layihəsini bloklayıb və özünün məhvedici hərəkətləri ilə diplomatik səylərə növbəti dəfə mane olub. 03.10.2024, Sputnik Azərbaycan
2024-10-03T23:06+0400
2024-10-03T23:06+0400
2024-10-03T23:06+0400
antonio quterreş
dünya xəbərləri
bmt
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova
israil
bmt
bmt-nin baş katibi antonio quttereş
persona-non qrata
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441464775_0:0:3052:1717_1920x0_80_0_0_4069646a6a8e3e0e3e68a3ccc557ca3d.jpg
BAKI, 3 oktyabr — Sputnik. İsrailin BMT-nin baş katibi Antonio Quterreşi persona non qrata elan etmək qərarı dövlətin suveren hüququdur, lakin bu, sülhün başlanmasına kömək etməyəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova"RTVI" televiziyasına müsahibəsində deyib. "Persona non-qrata elan etmək ölkənin suveren hüququdur. Lakin bu, sülh işinə kömək etməyəcək" – o, bildirib. Eyni zamanda, Zaxarova qeyd edib ki, hazırkı vəziyyətdə, eləcə də BMT-nin səsini ucalda bilməməsində günahkar Vaşinqtondur. Belə ki, məhz Vaşinqton BMT Təhlükəsizlik Şurasının bir çox qətnamə layihəsini bloklayıb və özünün məhvedici hərəkətləri ilə diplomatik səylərə növbəti dəfə mane olub. Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov İsrailin BMT-nin baş katibi Antonio Quterreşi persona non-qrata elan etmək qərarını şərh edib. Xatırladaq ki, İsrailin xarici işlər naziri İsrael Kats Antonio Quterreşi persona non qrata elan edib. Bu baxımdan onun İsrailə girişi qadağandır. İsrail tərəfi müvafiq qərarı İranın İsrailə hücumuna reaksiyasına görə verib. Qeyd edək ki, İran oktyabrın 1-də İsrailə yüzdən çox raket atıb. İsrailin yaxın günlərdə İrana qarşı əhəmiyyətli cavab zərbəsi endirəcəyi bildirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441464775_321:0:3052:2048_1920x0_80_0_0_ab260a822c82ccf354cdb8d7a991e291.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
antonio quterreş, bmt, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, israil, bmt, bmt-nin baş katibi antonio quttereş, persona-non qrata
antonio quterreş, bmt, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, israil, bmt, bmt-nin baş katibi antonio quttereş, persona-non qrata
Zaxarova: Quterreşin İsrailə girişinin qadağan edilməsi sülh işinə kömək etməyəcək
Məhz Vaşinqton BMT Təhlükəsizlik Şurasının bir çox qətnamə layihəsini bloklayıb və özünün məhvedici hərəkətləri ilə diplomatik səylərə növbəti dəfə mane olub.
BAKI, 3 oktyabr — Sputnik. İsrailin BMT-nin baş katibi Antonio Quterreşi persona non qrata elan etmək qərarı dövlətin suveren hüququdur, lakin bu, sülhün başlanmasına kömək etməyəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova"RTVI" televiziyasına müsahibəsində deyib.
"Persona non-qrata elan etmək ölkənin suveren hüququdur. Lakin bu, sülh işinə kömək etməyəcək" – o, bildirib.
Eyni zamanda, Zaxarova qeyd edib ki, hazırkı vəziyyətdə, eləcə də BMT-nin səsini ucalda bilməməsində günahkar Vaşinqtondur. Belə ki, məhz Vaşinqton BMT Təhlükəsizlik Şurasının bir çox qətnamə layihəsini bloklayıb və özünün məhvedici hərəkətləri ilə diplomatik səylərə növbəti dəfə mane olub.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov İsrailin BMT-nin baş katibi Antonio Quterreşi persona non-qrata elan etmək qərarını şərh edib.
Xatırladaq ki, İsrailin xarici işlər naziri İsrael Kats Antonio Quterreşi persona non qrata elan edib. Bu baxımdan onun İsrailə girişi qadağandır. İsrail tərəfi müvafiq qərarı İranın İsrailə hücumuna reaksiyasına görə verib.
Qeyd edək ki, İran oktyabrın 1-də İsrailə yüzdən çox raket atıb. İsrailin yaxın günlərdə İrana qarşı əhəmiyyətli cavab zərbəsi endirəcəyi bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.