https://sputnik.az/20241003/ran-butun-ucuslari-legv-edib-467814311.html
İranda aviareyslərə qoyulan məhdudiyyətlər aradan qaldırılıb
İranda aviareyslərə qoyulan məhdudiyyətlər aradan qaldırılıb
Sputnik Azərbaycan
Aviaşirkətlərə bu gün yerli vaxtla səhər saat 5:00-dan uçuşlar həyata keçirməyə icazə verilib. 03.10.2024, Sputnik Azərbaycan
2024-10-03T13:37+0400
2024-10-03T13:37+0400
2024-10-03T12:57+0400
iran
dünya xəbərləri
uçuş
raket
raket hücumu
hücum
aviasiya
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0b/424414163_0:67:2000:1192_1920x0_80_0_0_dd061e7d4eb7dd01f3830a8f0eb31f0b.jpg
BAKI, 3 oktyabr — Sputnik. İran hakimiyyəti oktyabrın 1-də İsrailə kütləvi raket hücumundan sonra təyyarə uçuşlarına tətbiq olunan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə "IRNA" agentliyi İran mülki aviasiya təşkilatının rəsmi nümayəndəsinə istinadla məlumat yayıb. Uçuşların təhlükəsizliyi üçün lazımi şərait təmin edildikdən sonra bütün məhdudiyyətlər aradan qaldırılıb. Aviaşirkətlərə bu gün yerli vaxtla səhər saat 5:00-dan uçuşlar həyata keçirməyə icazə verilib. Ləğv edilmiş bütün aviareyslərə alınmış biletlərin pulunun sərnişinlərə ödəniləcəyi bildirilir. Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib.02.10.24, 14:56İran bütün uçuşları ləğv edibİran oktyabrın 3-ü səhər saat 5:00-a qədər bütün reysləri ləğv edib. Bu barədə "Tasnim" agentliyi ölkənin Mülki Aviasiya Təşkilatına istinadən məlumat yayıb. Qeyd edilib ki, bu qərar regionda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə verilib. Bu arada, bir sıra əcnəbi aviasiya şirkətləri də İrana uçuşları təxirə salmağa başlayıb. "Flightradar" portalında yerləşdirilən məlumatlarda ölkənin hava məkanının açıq olmasına rəğmən bu addımın baş verə biləcək hadisələrin qarşısını almaq niyyəti daşıdığı göstərilıib. Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0b/424414163_161:0:1840:1259_1920x0_80_0_0_45df8139b773e57b0493d4cf9eaade32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, uçuş, raket, raket hücumu, hücum, aviasiya
iran, uçuş, raket, raket hücumu, hücum, aviasiya
İranda aviareyslərə qoyulan məhdudiyyətlər aradan qaldırılıb
Aviaşirkətlərə bu gün yerli vaxtla səhər saat 5:00-dan uçuşlar həyata keçirməyə icazə verilib.
BAKI, 3 oktyabr — Sputnik. İran hakimiyyəti oktyabrın 1-də İsrailə kütləvi raket hücumundan sonra təyyarə uçuşlarına tətbiq olunan bütün məhdudiyyətləri aradan qaldırıb.
Bu barədə "IRNA" agentliyi İran mülki aviasiya təşkilatının rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.
Uçuşların təhlükəsizliyi üçün lazımi şərait təmin edildikdən sonra bütün məhdudiyyətlər aradan qaldırılıb. Aviaşirkətlərə bu gün yerli vaxtla səhər saat 5:00-dan uçuşlar həyata keçirməyə icazə verilib.
Ləğv edilmiş bütün aviareyslərə alınmış biletlərin pulunun sərnişinlərə ödəniləcəyi bildirilir. Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib.
İran bütün uçuşları ləğv edib
İran oktyabrın 3-ü səhər saat 5:00-a qədər bütün reysləri ləğv edib.
Bu barədə "Tasnim" agentliyi ölkənin Mülki Aviasiya Təşkilatına istinadən məlumat yayıb.
Qeyd edilib ki, bu qərar regionda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə verilib.
Bu arada, bir sıra əcnəbi aviasiya şirkətləri də İrana uçuşları təxirə salmağa başlayıb. "Flightradar" portalında yerləşdirilən məlumatlarda ölkənin hava məkanının açıq olmasına rəğmən bu addımın baş verə biləcək hadisələrin qarşısını almaq niyyəti daşıdığı göstərilıib.
Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib.