https://sputnik.az/20241003/qlim-deyisikliyi-butun-cemiyyeti-narahat-eden-mesele-olmalidir-467835643.html
İqlim dəyişikliyi bütün cəmiyyəti narahat edən məsələ olmalıdır
İqlim dəyişikliyi bütün cəmiyyəti narahat edən məsələ olmalıdır
Sputnik Azərbaycan
Muxtar Babayev diqqətə çatdırıb ki, ibtidai məktəbdən universitetə qədər daha güclü iqlim təhsili sistemi yaratmalıyıq. 03.10.2024, Sputnik Azərbaycan
2024-10-03T18:05+0400
2024-10-03T18:05+0400
2024-10-03T17:29+0400
muxtar babayev
iqlim
iqlim dəyişikliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/07/16/444261495_0:3:3072:1731_1920x0_80_0_0_1b6401250502fccd89169c1472d311a1.jpg
BAKI, 3 oktyabr — Sputnik. Dünyadakı uşaqların, təxminən yarısı iqlim dəyişikliyinin təsirləri üçün son dərəcə yüksək risk altında olan ölkələrdə yaşayır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. İqlimlə bağlı fəlakətlər hər il 40 milyona yaxın uşağın təhsil almasına mane olur O bildirib ki, UNICEF-in 2023-cü il hesabatında qeyd olunur ki, iqlimlə bağlı fəlakətlər hər il 40 milyona yaxın uşağın təhsil almasına mane olur: "Amma gənclər fəaliyyət üçün ən güclü səslərdən biridir. COP29 Prezidentliyi gənclərin xüsusi ehtiyaclarına davamlı diqqətin təmin edilməsinə sadiqdir. Bu, uşaqların və gənclərin səsini prosesin mərkəzinə qoymaq deməkdir. Həm də bu, onlar üçün nəticələr verən bir proses demək olmalıdır. Paris Sazişinin və Qlobal Birjanın vədini yerinə yetirmək və gələcək nəsillər üçün iqlim nəticələrini çatdırmaq üçün biz ambisiyaları gücləndirməli və fəaliyyətə imkan verməliyik. Məqsəd iqlim maliyyəsinin genişləndirilməsi deməkdir. Biz inanırıq ki, təhsilin gücləndirilməsi və potensialın yaradılması iqlimlə bağlı fəaliyyətin həyata keçirilməsində mühüm rol oynaya bilər. Azərbaycandakı ali təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirməklə və sinerjini gücləndirməklə biz burada həqiqətən milli tədqiqat icması yarada bilərik". Orta və ali təhsildə ekologiyanın qorunması təbliğ edilməlidir Muxtar Babayev diqqətə çatdırıb ki, ibtidai məktəbdən universitetə qədər daha güclü iqlim təhsili sistemi yaratmalıyıq: "Bununla gənclərə ehtiyac duyduqları yaşıl bacarıqları əldə etməyə kömək edə bilərik. Bununla biz uşaqların və gənclərin ambisiyalarına cavab veririk. Dünya Bankının sorğusunda iştirak edən gənclərin 60%-i məktəbdə iqlim dəyişikliyi haqqında kifayət qədər məlumat almadıqlarını bildirib. Xüsusilə İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü vasitəsilə iqlim təhsilinin dəstəklənməsi təşəbbüslərini də əhatə edəcək. Bütün səviyyələrdə iqlim təhsilinə sərmayə qoymaqla, biz hazırkı və gələcək nəsillərin iqlim fəaliyyətinə sərmayə qoyuruq". Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə çıxışında bildirib ki, , insan sağlamlığının 7%-i səhiyyədən, 20%- i isə ekologiyadan asılıdır. O bildirib ki, ekoloji mədəniyyəti və dünyagörüşünü formalaşdırmaq üçün təhsilin bütün pillələrində, xüsusilə də məktəbəqədər təhsildə ciddi addımlar atılmalıdır: "Ali təhsildə ekoloji təhsilin trayektoriyasına yenidən baxılmalıdır. Burada 3 istiqamət - təhsil, elm və mədəniyyət nəzərə alınmalıdır. Bunların ali təhsildə ekoloji təhsilin trayektoriyasına inteqrasiyası barədə düşünülməlidir. Bu ali təhsil müəssisələrinin əsas vəzifəsidir". "Qarşıdan gələn COP29 tədbirinin nə dərəcədə əhəmiyyətli olduğu hər birimizə bəllidir. Planet bizim anamızdır, o bizi həm qidalandırır, həm də qoruyur. Ona görə də biz planetimizin qorunmasına xüsusi diqqət ayırmalıyıq. Amma 900 mindən çox flora və fauna tamamilə məhv olub. Planetimizin gələcəyi, həm də biomüxtəlifliyin qorunmasından asılıdır", - deyə nazir müavini çıxışında bildirib. Yaşıl enerji sözdən əmələ keçməlidir Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai isə bildirib ki, iqlim dəyişikliyi sırf texniki məsələ deyil, bilavasitə iqtisadi, sosial ədalət sahəsi ilə bağlantılıdır. O bildirib ki, sabahın işçi qüvvəsinin bu gündən formalaşması çox mühümdür: "Enerji infrastrukturu, kənd təsərrüfatı artıq yeni kadrlar, bacarıqlar tələb edəcək. Ona görə də universitetlər, kolleclər yaxşı mənada bu sahələrdə kadrlar yetişdirməlidir. Universitetlər yaşayan laboratoriya olmalıdır. Onların bərpaolunan enerji ilə bağlı dedikləri sözdə qalmamalıdır. Biz COP rəhbərliyi olaraq 14 təşəbbüslə çıxış etmişik. Onlardan biri də insan inkişafı ilə bağlıdır. Xüsusilə gələcəkdə uşaqlara və gənclərə növbəti COP-ların təlqin edilməsi çox əhəmiyyətlidir. İqlim dəyişikliyi bütün cəmiyyəti narahat edən məsələ olmalıdır. Universitetlərin bu sahədə rolu çox mühümdür".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/16/444261495_341:0:3072:2048_1920x0_80_0_0_f6b7d9213a271a63787739c4cfd28cc0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
muxtar babayev, iqlim, iqlim dəyişikliyi
muxtar babayev, iqlim, iqlim dəyişikliyi
İqlim dəyişikliyi bütün cəmiyyəti narahat edən məsələ olmalıdır
Muxtar Babayev diqqətə çatdırıb ki, ibtidai məktəbdən universitetə qədər daha güclü iqlim təhsili sistemi yaratmalıyıq.
BAKI, 3 oktyabr — Sputnik. Dünyadakı uşaqların, təxminən yarısı iqlim dəyişikliyinin təsirləri üçün son dərəcə yüksək risk altında olan ölkələrdə yaşayır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
İqlimlə bağlı fəlakətlər hər il 40 milyona yaxın uşağın təhsil almasına mane olur
O bildirib ki, UNICEF-in 2023-cü il hesabatında qeyd olunur ki, iqlimlə bağlı fəlakətlər hər il 40 milyona yaxın uşağın təhsil almasına mane olur:
"Amma gənclər fəaliyyət üçün ən güclü səslərdən biridir. COP29 Prezidentliyi gənclərin xüsusi ehtiyaclarına davamlı diqqətin təmin edilməsinə sadiqdir. Bu, uşaqların və gənclərin səsini prosesin mərkəzinə qoymaq deməkdir.
Həm də bu, onlar üçün nəticələr verən bir proses demək olmalıdır. Paris Sazişinin və Qlobal Birjanın vədini yerinə yetirmək və gələcək nəsillər üçün iqlim nəticələrini çatdırmaq üçün biz ambisiyaları gücləndirməli və fəaliyyətə imkan verməliyik. Məqsəd iqlim maliyyəsinin genişləndirilməsi deməkdir. Biz inanırıq ki, təhsilin gücləndirilməsi və potensialın yaradılması iqlimlə bağlı fəaliyyətin həyata keçirilməsində mühüm rol oynaya bilər.
Azərbaycandakı ali təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirməklə və sinerjini gücləndirməklə biz burada həqiqətən milli tədqiqat icması yarada bilərik".
Orta və ali təhsildə ekologiyanın qorunması təbliğ edilməlidir
Muxtar Babayev diqqətə çatdırıb ki, ibtidai məktəbdən universitetə qədər daha güclü iqlim təhsili sistemi yaratmalıyıq:
"Bununla gənclərə ehtiyac duyduqları yaşıl bacarıqları əldə etməyə kömək edə bilərik. Bununla biz uşaqların və gənclərin ambisiyalarına cavab veririk. Dünya Bankının sorğusunda iştirak edən gənclərin 60%-i məktəbdə iqlim dəyişikliyi haqqında kifayət qədər məlumat almadıqlarını bildirib. Xüsusilə İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü vasitəsilə iqlim təhsilinin dəstəklənməsi təşəbbüslərini də əhatə edəcək. Bütün səviyyələrdə iqlim təhsilinə sərmayə qoymaqla, biz hazırkı və gələcək nəsillərin iqlim fəaliyyətinə sərmayə qoyuruq".
Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə çıxışında bildirib ki, , insan sağlamlığının 7%-i səhiyyədən, 20%- i isə ekologiyadan asılıdır.
O bildirib ki, ekoloji mədəniyyəti və dünyagörüşünü formalaşdırmaq üçün təhsilin bütün pillələrində, xüsusilə də məktəbəqədər təhsildə ciddi addımlar atılmalıdır:
"Ali təhsildə ekoloji təhsilin trayektoriyasına yenidən baxılmalıdır. Burada 3 istiqamət - təhsil, elm və mədəniyyət nəzərə alınmalıdır. Bunların ali təhsildə ekoloji təhsilin trayektoriyasına inteqrasiyası barədə düşünülməlidir. Bu ali təhsil müəssisələrinin əsas vəzifəsidir".
"Qarşıdan gələn COP29 tədbirinin nə dərəcədə əhəmiyyətli olduğu hər birimizə bəllidir. Planet bizim anamızdır, o bizi həm qidalandırır, həm də qoruyur. Ona görə də biz planetimizin qorunmasına xüsusi diqqət ayırmalıyıq. Amma 900 mindən çox flora və fauna tamamilə məhv olub. Planetimizin gələcəyi, həm də biomüxtəlifliyin qorunmasından asılıdır", - deyə nazir müavini çıxışında bildirib.
Yaşıl enerji sözdən əmələ keçməlidir
Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai isə bildirib ki, iqlim dəyişikliyi sırf texniki məsələ deyil, bilavasitə iqtisadi, sosial ədalət sahəsi ilə bağlantılıdır. O bildirib ki, sabahın işçi qüvvəsinin bu gündən formalaşması çox mühümdür:
"Enerji infrastrukturu, kənd təsərrüfatı artıq yeni kadrlar, bacarıqlar tələb edəcək. Ona görə də universitetlər, kolleclər yaxşı mənada bu sahələrdə kadrlar yetişdirməlidir. Universitetlər yaşayan laboratoriya olmalıdır. Onların bərpaolunan enerji ilə bağlı dedikləri sözdə qalmamalıdır. Biz COP rəhbərliyi olaraq 14 təşəbbüslə çıxış etmişik. Onlardan biri də insan inkişafı ilə bağlıdır. Xüsusilə gələcəkdə uşaqlara və gənclərə növbəti COP-ların təlqin edilməsi çox əhəmiyyətlidir. İqlim dəyişikliyi bütün cəmiyyəti narahat edən məsələ olmalıdır. Universitetlərin bu sahədə rolu çox mühümdür".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.