https://sputnik.az/20241003/lham-eliyev-zengilanda-sariqislaq-su-elektrik-stansiyasi-istifadeye-verilib--467849364.html
İlham Əliyev Zəngilanda: “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib
İlham Əliyev Zəngilanda: “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib
Sputnik Azərbaycan
Prezident Zəngilanda yaşayış və istirahət komplekslərinin tikintisi ilə tanış olub. 03.10.2024, Sputnik Azərbaycan
2024-10-03T19:55+0400
2024-10-03T19:55+0400
2024-10-04T00:51+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
prezident ilham əliyev
birinci xanım mehriban əliyeva
zəngilan
ramin quluzadə
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/04/467859765_0:160:3072:1888_1920x0_80_0_0_49a1641264ce32f74e20bc6ce6646243.jpg
BAKI, 3 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak edib.“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.Bildirilib ki, “Sarıqışlaq” SES Oxçu çayının üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir və buna qədər digər 3 SES - “Cahangirbəyli”, “Şayıflı” və “Zəngilan” Su Elektrik stansiyaları dövlətimizin başçısının iştirakı ilə istismara verilib.“Yaşıl enerji” zonası konsepsiyasına uyğun olaraq tikilən “Sarıqışlaq” SES-də eyni vaxtda derivasiya borularının montajından, bünövrə işlərindən tutmuş maşın zalının tikilməsinə, açıq paylayıcının qurulmasına qədər bütün işlər tam normativ qaydalara uyğun həyata keçirilib.Flora və faunanın qorunması üçün xüsusi qurğular quraşdırılmaqla yaradılan baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılmaqla derivasiya boruları çəkilib və borudan çıxan suyun itkisiz şəkildə çaya təkrar buraxılması təmin edilib.“Sarıqışlaq” SES-də tikilən maşın zalında çayda su azalarkən özünü avtomatik dayandıra bilən 2 ekoturbin quraşdırılıb ki, bu turbinlər Oxçu çayının ekoloji axımından iki dəfə artıq suyun çayda saxlanılmasını təmin edir.Qeyd olunub ki, su elektrik stansiyasında 110 kV-luq açıq paylayıcı qurğu tikilib. Bu qurğu nəinki “Sarıqışlaq” SES-də, eyni zamanda “Şayıflı” SES-də istehsal olunan “yaşıl enerji”nin sistemə ötürülməsi funksiyasını icra edir. Burada həm yarımstansiya, həm də bütövlükdə su elektrik stansiyası rəqəmsal avadanlıqlarla təchiz edilərək avtomatik idarəetmə sistemi ilə təmin olunub.“Sarıqışlaq”da il ərzində 33 milyon kilovat-saatadək elektrik enerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qaza qənaət edilməsi və atmosferə atılan 13 min ton karbon qazının qarşısının alınması nəzərdə tutulur.Prezident İlham Əliyev “Sarıqışlaq” Su Elektrik Stansiyasını işə salıb.Qeyd edək ki, “Sarıqışlaq” SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilən ərazilərdə yaradılan ən böyük silsilədir.Yerli mütəxəssislər tərəfindən layihələndirilməklə, tam yeni tikilmiş 42 MVt gücündə kaskad tipli bu 4 stansiya qoyuluş gücünün 70 faizdən çox hissəsi ilə çalışır. Burada istehsal olunun enerjinin bir hissəsi daxili tələbata sərf edilir, artıq qalan enerji isə ölkə enerjisisteminə yönləndirilir. Bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.Ümumilikdə isə bu günədək “Azərenerji” tərəfindən Qarabağda və Şərqi Zəngəzurda istismara verilən 270 meqavat gücündə 32 Su Elektrik Stansiyasında hava şəraitindən asılı olan digər bərpaolunan enerji mənbələrindən fərqli olaraq, 24 saat fasiləsiz “yaşıl enerji” istehsal edilir.Prezident İlham Əliyevin regionunun “yaşıl enerji” zonasına çevrilməsi barədə qəti mövqeyinin nəticəsi kimi ölkə enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları istismarda olan su elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə “yaşıl enerji” hesabına təmin edilir.İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi.Qeyd edək ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Kompleksdəki otel binasının təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.Otel binasında 111 nömrə, konfrans, iclas və ziyafət zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. İstirahət kompleksinin ərazisində, həmçinin 10 kottec də qonaqların istifadəsinə veriləcək.Oteldə 70 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.Kompleksin ərazisində üzüm və digər meyvə bağları salınacaq.Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunur. Rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub.Dövlət başçısına yaşayış kompleksi barədə məlumat verilib.Qeyd edək ki, Zəngilan şəhərində quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də bu yaşayış kompleksidir. Kompleksin təməli 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.Bildirildi ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır və burada 104 mənzil inşa olunub. Kompleksdəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən istifadə edilib.Yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və şəhər parkının yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməli qoyulubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.Dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verildi.Bildirildi ki, yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarnın yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq.Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb.Prezident İlham Əliyev altıncı yaşayış məhəlləsinin təməlini qoydu.Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməli qoyulubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub.Dövlətimizin başçısına kompleks barədə məlumat verildi.Qeyd olundu ki, yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir.Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub.Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoydu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/04/467859765_171:0:2902:2048_1920x0_80_0_0_db0a358188931ae97ac2e1c6ee792fd4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, birinci xanım mehriban əliyeva, zəngilan, ramin quluzadə
prezident ilham əliyev, birinci xanım mehriban əliyeva, zəngilan, ramin quluzadə
BAKI, 3 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, “Sarıqışlaq” SES Oxçu çayının üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir və buna qədər digər 3 SES - “Cahangirbəyli”, “Şayıflı” və “Zəngilan” Su Elektrik stansiyaları dövlətimizin başçısının iştirakı ilə istismara verilib.
“Yaşıl enerji” zonası konsepsiyasına uyğun olaraq tikilən “Sarıqışlaq” SES-də eyni vaxtda derivasiya borularının montajından, bünövrə işlərindən tutmuş maşın zalının tikilməsinə, açıq paylayıcının qurulmasına qədər bütün işlər tam normativ qaydalara uyğun həyata keçirilib.
Flora və faunanın qorunması üçün xüsusi qurğular quraşdırılmaqla yaradılan baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılmaqla derivasiya boruları çəkilib və borudan çıxan suyun itkisiz şəkildə çaya təkrar buraxılması təmin edilib.
“Sarıqışlaq” SES-də tikilən maşın zalında çayda su azalarkən özünü avtomatik dayandıra bilən 2 ekoturbin quraşdırılıb ki, bu turbinlər Oxçu çayının ekoloji axımından iki dəfə artıq suyun çayda saxlanılmasını təmin edir.
Qeyd olunub ki, su elektrik stansiyasında 110 kV-luq açıq paylayıcı qurğu tikilib. Bu qurğu nəinki “Sarıqışlaq” SES-də, eyni zamanda “Şayıflı” SES-də istehsal olunan “yaşıl enerji”nin sistemə ötürülməsi funksiyasını icra edir. Burada həm yarımstansiya, həm də bütövlükdə su elektrik stansiyası rəqəmsal avadanlıqlarla təchiz edilərək avtomatik idarəetmə sistemi ilə təmin olunub.
“Sarıqışlaq”da il ərzində 33 milyon kilovat-saatadək elektrik enerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qaza qənaət edilməsi və atmosferə atılan 13 min ton karbon qazının qarşısının alınması nəzərdə tutulur.
Prezident İlham Əliyev “Sarıqışlaq” Su Elektrik Stansiyasını işə salıb.
Qeyd edək ki, “Sarıqışlaq” SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilən ərazilərdə yaradılan ən böyük silsilədir.
Yerli mütəxəssislər tərəfindən layihələndirilməklə, tam yeni tikilmiş 42 MVt gücündə kaskad tipli bu 4 stansiya qoyuluş gücünün 70 faizdən çox hissəsi ilə çalışır. Burada istehsal olunun enerjinin bir hissəsi daxili tələbata sərf edilir, artıq qalan enerji isə ölkə enerjisisteminə yönləndirilir. Bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.
Ümumilikdə isə bu günədək “Azərenerji” tərəfindən Qarabağda və Şərqi Zəngəzurda istismara verilən 270 meqavat gücündə 32 Su Elektrik Stansiyasında hava şəraitindən asılı olan digər bərpaolunan enerji mənbələrindən fərqli olaraq, 24 saat fasiləsiz “yaşıl enerji” istehsal edilir.
Prezident İlham Əliyevin regionunun “yaşıl enerji” zonasına çevrilməsi barədə qəti mövqeyinin nəticəsi kimi ölkə enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları istismarda olan su elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə “yaşıl enerji” hesabına təmin edilir.
İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi.
Qeyd edək ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Kompleksdəki otel binasının təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Otel binasında 111 nömrə, konfrans, iclas və ziyafət zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. İstirahət kompleksinin ərazisində, həmçinin 10 kottec də qonaqların istifadəsinə veriləcək.
Oteldə 70 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Kompleksin ərazisində üzüm və digər meyvə bağları salınacaq.
Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunur. Rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.
Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub.
Dövlət başçısına yaşayış kompleksi barədə məlumat verilib.
Qeyd edək ki, Zəngilan şəhərində quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də bu yaşayış kompleksidir. Kompleksin təməli 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Bildirildi ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır və burada 104 mənzil inşa olunub. Kompleksdəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən istifadə edilib.
Yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və şəhər parkının yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.
Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verildi.
Bildirildi ki, yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarnın yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq.
Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb.
Prezident İlham Əliyev altıncı yaşayış məhəlləsinin təməlini qoydu.
Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub.
Dövlətimizin başçısına kompleks barədə məlumat verildi.
Qeyd olundu ki, yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir.
Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub.
Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoydu.