Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

COP nədir?

Abunə olmaq
Bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi Konfransı keçiriləcək. Bu konfrans haqqında ətraflı məlumat Sputnik Azərbaycan-ın videoqrafikində.
COP Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim dəyişikliyi üzrə illik konfransıdır. Bu, iqlim problemlərinin qlobal müzakirəsi üçün yeganə beynəlxalq platformadır.
Buraya hər il on minlərlə iştirakçı, o cümlədən dövlət və hökumət başçıları, fəallar, alimlər, QHT, biznes və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri qatılır.
COP-un baş ofisi Bonn şəhərində (Almaniya) yerləşir. İlk konfrans 1995-ci ildə Berlində keçirilib. 2023-cü ildə sammitə Dubay ev sahibliyi edib.
İllik konfransın əsas məqsədi atmosferə atılan tullantıların azaldılması üzrə məqsədlərə nail olmaq üçün ötən il ərzində nələrin edildiyini öyrənmək, iqlim neytrallığına nail olmaq məqsədi ilə yeni hədəflər müəyyən etmək, həmçinin "yaşıl" texnologiyalara və iqtisadiyyata keçidin metod və yollarını müzakirə etməkdir.
Neft və qaz hasil edən dövlətlər ənənəvi olaraq karbon tullantılarına görə məsuliyyət daşıyırlar. Lakin COP siyasəti neft və qaz ölkələri ilə qarşılıqlı əlaqəyə doğru dəyişib, son on ildə konfrans artıq üç dəfə karbohidrogen hasil edən ölkələrdə - Qətər, Misir və BƏƏ-də keçirilib.
Bu ilin noyabr ayında konfrans Azərbaycanda, 2025-ci ildə isə Braziliyada keçiriləcək.
Xəbər lenti
0