https://sputnik.az/20241003/baki-metrosunda-sernisin-qatarin-altina-duserek-olub-467840664.html
Bakı metrosunda günün ikinci hadisəsi: Daha bir sərnişin qatarın altına düşüb
Bakı metrosunda günün ikinci hadisəsi: Daha bir sərnişin qatarın altına düşüb
Sputnik Azərbaycan
Hər iki hadisə nəticəsində qatarların hərəkətində yubanma qeydə alınıb. 03.10.2024, Sputnik Azərbaycan
2024-10-03T19:41+0400
2024-10-03T19:41+0400
2024-10-03T19:51+0400
bakı metrosu
28 may
ulduz stansiyası
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424923530_0:0:3073:1728_1920x0_80_0_0_b864ac00c1d24c91be12cc55989fb11d.jpg
BAKI, 3 oktyabr — Sputnik. Bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.Bu barədə Report-a səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, stansiyaya təcili və təxirəsalınmaz təcili yardım xidmətinin əməkdaşları dəvət olunub.Bundan sonra sərnişin qatar yolundan çıxarılıb. Sərnişinin vəziyyəti barədə həkimlərin rəyindən sonra məlumat veriləcək.Artıq təmas relsinə yüksək gərginlik verilərək qatar yola salınıb.Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub. Hazırda metronun Yaşıl və Qırmızı xətlərində hərəkət intervallarının tənzimlənməsi, qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.***Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.Hadisə qatar stansiyaya daxil olarkən baş verib.Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.16:18Bakı metrosunda sərnişin qatarın altına düşərək ölübBakı metropoliteninin "28 may" stansiyasında sərnişin stansiya yoluna düşüb. Metropolitendən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə zamanı qatar maşınısti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb. "Sərnişin qatarın altından çıxarılıb. Əfsuslar olsun ki, sərnişin dünyasını dəyişib. Ölən şəxs kişidir. Qısa müddət ərzində qatarların hərəkəti bərpa olunub. Hadisə nəticəsində qatarların hərəkətində 17 dəqiqə yubanma qeydə alınıb" - məlumatda qeyd olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424923530_0:0:2731:2048_1920x0_80_0_0_6ffe799ee3873a07dcfbac0a79290405.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı metrosu, 28 may, ulduz stansiyası
bakı metrosu, 28 may, ulduz stansiyası
Bakı metrosunda günün ikinci hadisəsi: Daha bir sərnişin qatarın altına düşüb
19:41 03.10.2024 (Yenilənib: 19:51 03.10.2024) Hər iki hadisə nəticəsində qatarların hərəkətində yubanma qeydə alınıb.
BAKI, 3 oktyabr — Sputnik. Bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.
Bu barədə Report-a səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, stansiyaya təcili və təxirəsalınmaz təcili yardım xidmətinin əməkdaşları dəvət olunub.
Bundan sonra sərnişin qatar yolundan çıxarılıb. Sərnişinin vəziyyəti barədə həkimlərin rəyindən sonra məlumat veriləcək.
Artıq təmas relsinə yüksək gərginlik verilərək qatar yola salınıb.
Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub. Hazırda metronun Yaşıl və Qırmızı xətlərində hərəkət intervallarının tənzimlənməsi, qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.
Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.
Hadisə qatar stansiyaya daxil olarkən baş verib.
Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.
Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.
Bakı metrosunda sərnişin qatarın altına düşərək ölüb
Bakı metropoliteninin "28 may" stansiyasında sərnişin stansiya yoluna düşüb. Metropolitendən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə zamanı qatar maşınısti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb.
"Sərnişin qatarın altından çıxarılıb. Əfsuslar olsun ki, sərnişin dünyasını dəyişib. Ölən şəxs kişidir. Qısa müddət ərzində qatarların hərəkəti bərpa olunub. Hadisə nəticəsində qatarların hərəkətində 17 dəqiqə yubanma qeydə alınıb" - məlumatda qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.