https://sputnik.az/20241003/baki-metropoliteni-bu-gun-guclendirilmis-is-rejiminde-fealiyyet-gosterecek-467839141.html
Bakı metropoliteni bu gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakı metropoliteni bu gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Sputnik Azərbaycan
"Gənclik" stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. 03.10.2024, Sputnik Azərbaycan
2024-10-03T17:22+0400
2024-10-03T17:22+0400
2024-10-03T17:22+0400
bakı metropoliteni
paytaxt xəbərləri
tofiq bəhramov adına stadion
qarabağ
28 may
"gənclik" stansiyası
"gənclik" metrostansiyası
nərimanov
https://cdnn1.img.sputnik.az/img/42352/60/423526085_0:0:1000:563_1920x0_80_0_0_a13eaac9d0919ed2bcb5aa434e1bde95.jpg
BAKI, 3 oktyabr — Sputnik. Bu gün "Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqası turniri çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. Sputnik Azərbaycan Bakı Metropoliteni" QSC-yə istinadla xəbər verir ki, matçın keçiriləcəyi stadiona yaxın ərazidə yerləşən "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Saat 20:45-də başlanacaq oyuna tamaşaçı marağı, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq bir sıra əlavə tədbirlər görüləcək. Bakı metrosunun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, "Gənclik" stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq. "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq. Ümumən qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Görüş yekunlaşdıqdan sonra da qatarların hərəkəti məhz "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20241003/qarabag-bu-gun-svecin-malmo-komandasi-ile-qarsilasacaq-467833703.html
tofiq bəhramov adına stadion
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42352/60/423526085_0:0:908:681_1920x0_80_0_0_8b3a19898a6bf56a6dd11dff80182d95.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı metropoliteni, tofiq bəhramov adına stadion, qarabağ, 28 may, "gənclik" stansiyası, "gənclik" metrostansiyası, nərimanov
bakı metropoliteni, tofiq bəhramov adına stadion, qarabağ, 28 may, "gənclik" stansiyası, "gənclik" metrostansiyası, nərimanov
Bakı metropoliteni bu gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
"Gənclik" stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq.
BAKI, 3 oktyabr — Sputnik. Bu gün "Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqası turniri çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.
Sputnik Azərbaycan Bakı Metropoliteni" QSC-yə istinadla xəbər verir ki, matçın keçiriləcəyi stadiona yaxın ərazidə yerləşən "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Saat 20:45-də başlanacaq oyuna tamaşaçı marağı, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq bir sıra əlavə tədbirlər görüləcək.
Bakı metrosunun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, "Gənclik" stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.
"Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.
Ümumən qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək.
Görüş yekunlaşdıqdan sonra da qatarların hərəkəti məhz "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.