SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşmasına qarşı ciddi hərəkətə keçdi

© iStock.com / HarvepinoXəritədə Xəzər dənizi, arxiv
Xəritədə Xəzər dənizi, arxiv - Sputnik Azərbaycan, 1920, 03.10.2024
Abunə olmaq
Azərbaycanın Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevlə rusiyalı həmkarı Sergey Anoprienko yaradılan yeni işçi qrupun həmsədrləri təyin ediliblər.
BAKI, 3 sentyabr - Sputnik. Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı tədqiqatların aparılması üçün müvafiq nazirlik və idarələrin, elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət işçi qrup yaradıblar.
Bu barədə məlumatı Rusiya hökumətinin Mətbuat Xidməti yayıb.
Məlumata görə, birgə iş formatında mütəxəssislər Xəzər dənizinin səviyyəsində dəyişikliklərin səbəblərinin araşdırılması, qısa və uzunmüddətli proqnozlar, monitorinqləri özündə əks etdirən tədbirlər planı hazırlayacaqlar. Su səviyyəsinin dəyişməsi, birgə elmi araşdırmalar, həmçinin sahilyanı ərazilərə mənfi təsirin azaldılmasına yönəlmiş digər addımlar da atılacaq.
Azərbaycanın Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevlə rusiyalı həmkarı Sergey Anoprienko işçi qrupun həmsədrləri təyin ediliblər.
Rusiya hökumətinin məlumatına görə, 2024-cü il avqustun 19-da Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında Xəzər dənizinin dayazlaşdırılması ilə qrup yaradılması barədə qərar qəbul olunub.
2024-cü il sentyabrın 17-də Rusiyavə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri, Baş nazirin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk Xəzər dənizinin dayazlaşması ilə bağlı problemləri, gələcək ssenarilərin işlənib hazırlanması variantlarını nəzərdən keçiriblər, səviyyə dəyişiklikləri və işçi qrupun yaradılması barədə razılığa gəliblər.
İlham Əliyev və Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 27.08.2024
SİYASƏT
İlham Əliyevin qaldırdığı məsələyə görə Putin tapşırıq verdi
Xəbər lenti
0