https://sputnik.az/20241003/ali-mehkemeye-yeni-hakimler-teyin-edilir-467832550.html
Ali Məhkəməyə yeni hakimlər təyin edilir
Ali Məhkəməyə yeni hakimlər təyin edilir
Sputnik Azərbaycan
Bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bir sıra məhkəmələrin hakimlərinin təyinatı ilə bağlı təqdimat"da əksini tapıb. 03.10.2024, Sputnik Azərbaycan
2024-10-03T10:38+0400
2024-10-03T10:38+0400
2024-10-03T10:39+0400
azərbaycan xəbərləri
ali məhkəmə
hakim
qanunvericilik
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461660622_0:160:3072:1888_1920x0_80_0_0_8f840d1bbef26b1da11ee7817f5e9550.jpg
BAKI, 3 oktyabr — Sputnik. Ali Məhkəməyə yeni hakimlər təyin edilir. Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bir sıra məhkəmələrin hakimlərinin təyinatı ilə bağlı təqdimat"da əksini tapıb. Layihəyə əsasən, İlqar Cəfərov, Sərvər Vəliyev, Raqib Qurbanov, Vüsalə Baxışova və Rəşad Həsənov Ali Məhkəmənin hakimləri təyin ediləcəklər. Qeyd edək ki, İlqar Cəfərov 2020-2024-cü illərdə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi olub, Sərvər Vəliyev isə 2022-ci ildən Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Mülki və iqtisadi qanunvericilik sektorunun müdiridir. Raqib Qurbanov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Vüsalə Baxışova 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi, Rəşad Həsənov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461660622_171:0:2902:2048_1920x0_80_0_0_f1df8d09caf81d72a759e3d892c5b111.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ali məhkəmə, hakim, qanunvericilik
ali məhkəmə, hakim, qanunvericilik
Ali Məhkəməyə yeni hakimlər təyin edilir
10:38 03.10.2024 (Yenilənib: 10:39 03.10.2024) Bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bir sıra məhkəmələrin hakimlərinin təyinatı ilə bağlı təqdimat"da əksini tapıb.
BAKI, 3 oktyabr — Sputnik. Ali Məhkəməyə yeni hakimlər təyin edilir. Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bir sıra məhkəmələrin hakimlərinin təyinatı ilə bağlı təqdimat"da əksini tapıb.
Layihəyə əsasən, İlqar Cəfərov, Sərvər Vəliyev, Raqib Qurbanov, Vüsalə Baxışova və Rəşad Həsənov Ali Məhkəmənin hakimləri təyin ediləcəklər.
Qeyd edək ki, İlqar Cəfərov 2020-2024-cü illərdə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi olub, Sərvər Vəliyev isə 2022-ci ildən Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Mülki və iqtisadi qanunvericilik sektorunun müdiridir. Raqib Qurbanov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Vüsalə Baxışova 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi, Rəşad Həsənov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.