Tarixdə bu gün: 2 oktyabr – FOTO
08:00 02.10.2024 (Yenilənib: 08:34 02.10.2024)
© Sputnik / Elnur Salayev2 oktyabr
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun
BAKI, 2 oktyabr — Sputnik. Oktyabrın 2-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 2-də kimlər anadan olub?
Mahatma Qandi (1869-1948) - Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideridir. Onun qeyri-zorakılıq fəlsəfəsi (Satyaqraxa) dinc dəyişiklik tərəfdarlarının hərəkətlərinə təsir edib.
© AP Photo / MAX DESFORMahatma Qandi
Mahatma Qandi
© AP Photo / MAX DESFOR
Yuri Levitan (1914-1983) - Ümumittifaq radiosunun diktoru və SSRİ xalq artistidir. O, hökumətin bəyanatlarını oxuyub, Qırmızı Meydandan, Kremlin Konqreslər Sarayından reportajlar aparıb və filmlərin səsləndirilməsində iştirak edib.
Yuri Levitan
© Sputnik / Василий Малышев
/ Mariya Kallas (1923-1977) - ABŞ müğənnisi və XX əsrin ən böyük opera müğənnilərindən biridir.
© AP Photo / Bob DearMariya Kallas
Mariya Kallas
© AP Photo / Bob Dear
Canni Versaçe (1946-1997) - italiyalı modelyer, ətir, kosmetika, aksesuar, geyim və məişət əşyaları istehsal edən beynəlxalq "Versace" moda evinin yaradıcısıdır. O, kino, teatr və opera tamaşaları üçün geyimlər yaradıb. Modelyer moda və musiqi dünyasını birləşdirən ilk modelyerlərdən biridir.
© AP PhotoCanni Versaçe
Canni Versaçe
© AP Photo
Stinq (1951) - ingilis rok musiqiçisi və "The Police" qrupunun keçmiş lideridir. Onun əsl adı Qordon Metyu Tomas Samnerdir. O, 17 dəfə "Qremmi" mükafatı laureatı, "Qızıl Qlobus", "Emmi" mükafatı qalibi və "Ən yaxşı mahnı" kateqoriyasında 4 dəfə "Oskar" mükafatına namizəd olub.
© AP Photo / Nathan StrangeStinq
Stinq
© AP Photo / Nathan Strange
Lyusi Lyu (1968) - ABŞ səhnə və kino aktrisasıdır. O, "Çarlinin mələkləri" və "Çarlinin mələkləri: Yalnız irəli", "Billi öldürmək", "Çikaqo" və s. filmlərdə rol alıb.
© Charles Sykes / Invision / APLyusi Lyu
Lyusi Lyu
© Charles Sykes / Invision / AP
Britni Spirs (1981) - amerikalı pop müğənni, rəqqasə, bəstəkar, aktrisa və "Qremmi" mükafatçısıdır. Onun "Baby One More Time" debüt albomu müğənnini beynəlxalq miqyasda məşhurlaşdırıb.
© Paul A. Hebert / Invision / APBritni Spirs
Britni Spirs
© Paul A. Hebert / Invision / AP
2 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1870-ci ildə Roma İtaliyanın paytaxtı olub.
1997-ci ildə yapon alimləri bioloji saatların funksiyalarına cavabdeh olan insan genini kəşf ediblər.
2002-ci ildə Yaponiyada dünyanın ilk robot inkassatorlarının satışına başlanılıb.
2003-cü ildə ümummilli lider Heydər Əliyev səhhətinə görə özünün "siyasi varisi" adlandırdığı oğlu İlham Əliyevin xeyrinə seçkilərdə iştirak etməkdən imtina edib.
2006-cı ildə Bakıda İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Azərbaycan-Amerika Biznes Forumu keçirilib.
2007-ci ildən Zorakılığa Qarşı Beynəlxalq Mübarizə Günü qeyd edilir. Bu tarix qeyri-zorakılıq fəlsəfəsinin banisi və Hindistan müstəqillik hərəkatının lideri Mahatma Qandinin doğum günü şərəfinə seçilib.
2020-ci ildə Azərbaycan ordusu İkinci Qarabağ müharibəsi zamanı cəbhənin bütün istiqamətlərində uğurla irəliləyib. Madagiz ətrafındakı strateji yüksəkliklər azad edilib. Cəbrayıl-Füzuli istiqamətində Azərbaycan qoşunları düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur ediblər. Burada 5 zirehli texnika və avtomobil, üç hərbi infrastruktur obyekti və çoxlu sayda canlı qüvvə məhv edilib.