https://sputnik.az/20241002/prezident-general-mayoru-rutbesinden-mehrum-edib-467823791.html
Prezident general-mayoru rütbəsindən məhrum edib
Prezident general-mayoru rütbəsindən məhrum edib
Sputnik Azərbaycan
Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 02.10.2024, Sputnik Azərbaycan
2024-10-02T17:06+0400
2024-10-02T17:06+0400
2024-10-02T18:44+0400
cəmiyyət
general
general-mayor
prezident ilham əliyev
prezident ilham əliyevin sərəncamı
naxçıvan muxtar respublikası
naxçıvan
penitensiar müəssisə
penitensiar xidmət
https://cdnn1.img.sputnik.az/img/41731/97/417319772_38:0:1000:541_1920x0_80_0_0_eda2ec36b5d4d252e3de2692696ebdd1.jpg
BAKI, 2 oktyabr - Sputnik. Ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov ali xüsusi rütbəsindən məhrum edilib.Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.Dövlət başçısının imzaladığı sənəddə deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatını əsas götürərək qərara alıram:Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilsin".Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası (MR) Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov 2023-cü ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Sabiq xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.T.Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41731/97/417319772_279:0:1000:541_1920x0_80_0_0_55fee1547a0ff401adb3daafceb7f9ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
general, general-mayor, prezident ilham əliyev, prezident ilham əliyevin sərəncamı, naxçıvan muxtar respublikası, naxçıvan, penitensiar müəssisə, penitensiar xidmət
general, general-mayor, prezident ilham əliyev, prezident ilham əliyevin sərəncamı, naxçıvan muxtar respublikası, naxçıvan, penitensiar müəssisə, penitensiar xidmət
Prezident general-mayoru rütbəsindən məhrum edib
17:06 02.10.2024 (Yenilənib: 18:44 02.10.2024) Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
BAKI, 2 oktyabr - Sputnik. Ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov ali xüsusi rütbəsindən məhrum edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatını əsas götürərək qərara alıram:
Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilsin".
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası (MR) Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov 2023-cü ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Sabiq xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.
T.Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.