https://sputnik.az/20241002/eli-nagiyev-tkin-dusmus-azerbaycanlilarin-defn-yerleri-barede-ermenistanda-melumat-var-467806161.html
Əli Nağıyev: İtkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə Ermənistanda məlumat var
Əli Nağıyev: İtkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə Ermənistanda məlumat var
Sputnik Azərbaycan
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bu günədək Dövlət Komissiyası tərəfindən 642 itkin şəxsə aid meyit... 02.10.2024, Sputnik Azərbaycan
2024-10-02T16:02+0400
2024-10-02T16:02+0400
2024-10-02T16:12+0400
əli nağıyev
cəmiyyət
dtx
itkin düşənlər
itkin düşmə
bəyanat
bəyanat
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/16/425527795_0:305:1000:868_1920x0_80_0_0_fb84e86bacf2f9d78bccdaf2ab6a1156.jpg
BAKI, 2 oktyabr — Sputnik. Otuz ilə yaxın Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal altında saxlamış, vətəndaşlarını əsir və girov götürmüş Ermənistan tərəfində, o cümlədən hərbi əməliyyatlara rəhbərlik etmiş erməni səhra komandirlərində itkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatlar təbii olaraq mövcuddur. Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə bu məsələ qarşı tərəfin diqqətinə çatdırılsa da, rəsmi İrəvan hələ də müvafiq məlumatları Azərbaycana təqdim etmir. Bu sözləri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bu günədək Dövlət Komissiyası tərəfindən 642 itkin şəxsə aid meyit qalıqları ekshumasiya edilib. Hazırkı dövrədək aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizası nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərinin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb. Oktyabrın 2-də Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb. Əvvəlcə Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. Konfransın birinci günündə etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi, ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması, itkin düşmüş şəxslərin ailələrinin təcrübələri, onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi, əməkdaşlıq və tərəfdaşlıq sahələri, itkin düşənlərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər mövzusunda sessiyalar keçiriləcək, itkin düşmüş azərbaycanlı şəxslərin ailə üzvlərinin fikirləri dinləniləcək. Bu gün, həmçinin konfransın yekun bəyanatının qəbulu də nəzərdə tutulur. İtkin düşmüş şəxslər probleminə həsr edilmiş rəsm əsərlərinin sərgisinin və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılacaq. Konfrans iştirakçıları tədbirin ikinci günündə işğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarla tanış olacaqlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/16/425527795_0:69:1001:819_1920x0_80_0_0_370167953b30d1e13166c8e9e300d622.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əli nağıyev, dtx, itkin düşənlər, itkin düşmə, bəyanat, bəyanat
əli nağıyev, dtx, itkin düşənlər, itkin düşmə, bəyanat, bəyanat
Əli Nağıyev: İtkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə Ermənistanda məlumat var
16:02 02.10.2024 (Yenilənib: 16:12 02.10.2024) Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bu günədək Dövlət Komissiyası tərəfindən 642 itkin şəxsə aid meyit qalıqları ekshumasiya edilib.
BAKI, 2 oktyabr — Sputnik. Otuz ilə yaxın Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal altında saxlamış, vətəndaşlarını əsir və girov götürmüş Ermənistan tərəfində, o cümlədən hərbi əməliyyatlara rəhbərlik etmiş erməni səhra komandirlərində itkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatlar təbii olaraq mövcuddur. Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə bu məsələ qarşı tərəfin diqqətinə çatdırılsa da, rəsmi İrəvan hələ də müvafiq məlumatları Azərbaycana təqdim etmir.
Bu sözləri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bu günədək Dövlət Komissiyası tərəfindən 642 itkin şəxsə aid meyit qalıqları ekshumasiya edilib. Hazırkı dövrədək aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizası nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərinin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb.
Oktyabrın 2-də Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.
Əvvəlcə Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub.
Konfransın birinci günündə etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi, ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması, itkin düşmüş şəxslərin ailələrinin təcrübələri, onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi, əməkdaşlıq və tərəfdaşlıq sahələri, itkin düşənlərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər mövzusunda sessiyalar keçiriləcək, itkin düşmüş azərbaycanlı şəxslərin ailə üzvlərinin fikirləri dinləniləcək. Bu gün, həmçinin konfransın yekun bəyanatının qəbulu də nəzərdə tutulur.
İtkin düşmüş şəxslər probleminə həsr edilmiş rəsm əsərlərinin sərgisinin və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılacaq.
Konfrans iştirakçıları tədbirin ikinci günündə işğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarla tanış olacaqlar.