https://sputnik.az/20241002/dovlet-komissiyasinin-sedri-hazirda-3979-nefer-itkin-dusmus-sexs-kimi-qeydiyyata-alinib-467806813.html
Dövlət Komissiyasının sədri: Hazırda 3979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
Dövlət Komissiyasının sədri: Hazırda 3979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
Sputnik Azərbaycan
Onlardan 3 min 973 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb. 02.10.2024, Sputnik Azərbaycan
2024-10-02T13:06+0400
2024-10-02T13:06+0400
2024-10-02T13:06+0400
dövlət komissiyası
cəmiyyət
əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası
işğaldan azad edilmiş ərazilər
itkin düşənlər
itkin düşmə
itkin düşən
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0e/446039159_0:160:3072:1888_1920x0_80_0_0_f8e6b52807f6780b92038711fda53aeb.jpg
BAKI, 2 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 2024-cü il oktyabrın 1-nə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 min 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 973 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb. Bu sözləri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib. O bildirib ki, Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması ilə itkin vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi Prezident İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir. Oktyabrın 2-də Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb. Əvvəlcə Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. Konfransın birinci günündə etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi, ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması, itkin düşmüş şəxslərin ailələrinin təcrübələri, onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi, əməkdaşlıq və tərəfdaşlıq sahələri, itkin düşənlərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər mövzusunda sessiyalar keçiriləcək, itkin düşmüş azərbaycanlı şəxslərin ailə üzvlərinin fikirləri dinləniləcək. Bu gün, həmçinin konfransın yekun bəyanatının qəbulu də nəzərdə tutulur. İtkin düşmüş şəxslər probleminə həsr edilmiş rəsm əsərlərinin sərgisinin və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılacaq. Konfrans iştirakçıları tədbirin ikinci günündə işğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarla tanış olacaqlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0e/446039159_171:0:2902:2048_1920x0_80_0_0_422632013809498e5c9eb8bcddfd3661.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət komissiyası, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası, işğaldan azad edilmiş ərazilər, itkin düşənlər, itkin düşmə, itkin düşən
dövlət komissiyası, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası, işğaldan azad edilmiş ərazilər, itkin düşənlər, itkin düşmə, itkin düşən
Dövlət Komissiyasının sədri: Hazırda 3979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
Onlardan 3 min 973 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb.
BAKI, 2 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 2024-cü il oktyabrın 1-nə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 min 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 973 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb.
Bu sözləri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
O bildirib ki, Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması ilə itkin vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi Prezident İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir.
Oktyabrın 2-də Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.
Əvvəlcə Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub.
Konfransın birinci günündə etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi, ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması, itkin düşmüş şəxslərin ailələrinin təcrübələri, onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi, əməkdaşlıq və tərəfdaşlıq sahələri, itkin düşənlərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər mövzusunda sessiyalar keçiriləcək, itkin düşmüş azərbaycanlı şəxslərin ailə üzvlərinin fikirləri dinləniləcək. Bu gün, həmçinin konfransın yekun bəyanatının qəbulu də nəzərdə tutulur.
İtkin düşmüş şəxslər probleminə həsr edilmiş rəsm əsərlərinin sərgisinin və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılacaq.
Konfrans iştirakçıları tədbirin ikinci günündə işğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarla tanış olacaqlar.