https://sputnik.az/20241002/bu-gunden-meteor-yagisi-musahide-edilecek-467823049.html
Bu gündən meteor yağışı müşahidə ediləcək
Bu gündən meteor yağışı müşahidə ediləcək
Sputnik Azərbaycan
Meteor yağışını təşkil edən meteorlar paralel trayektoriyalarla və eyni sürətlə hərəkət etdiyi üçün Yerdəki müşahidəçilərə səmanın eyni nöqtəsindən uçurlar... 02.10.2024, Sputnik Azərbaycan
2024-10-02T19:05+0400
2024-10-02T19:05+0400
2024-10-02T19:06+0400
meteor axını
elm
meteorit yağışı
bakı dövlət universiteti
kafedra
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1a/466911058_0:160:3072:1888_1920x0_80_0_0_e472b2a7fa460871126e24d520bd0e36.jpg
BAKI, 2 oktyabr — Sputnik. Oktyabrın 2-dən noyabrın 7-dək Orionid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, oktyabrın 21-də meteorların sayı pik həddə olacaq. Bildirilib ki, Bakıda yağış saat 22:00-dan 06:27-yə - səhər açılana qədər müşahidə olunacaq. Məlumata görə, mənbəyi Orion bürcündə olduğuna görə bu meteor yağışı Orionidlər adlanır. Onun zirvəsində saatda 20-yə qədər meteor görünə bilər. Orionid meteor yağışı Halley kometinin yaratdığı ikinci meteor yağışıdır. Halley kometinin Günəş ətrafında bir dövrünün tamamlanması təxminən 76 il çəkir. O, Yerdən növbəti dəfə 2061-ci ildə görünəcək. Bəzən meteorlar meteor yağışı kimi tanınan qruplar halında düşürlər. Meteor yağışını təşkil edən meteorlar paralel trayektoriyalarla və eyni sürətlə hərəkət etdiyi üçün Yerdəki müşahidəçilərə səmanın eyni nöqtəsindən uçurlar kimi görünür. Bu nöqtəyə radiant deyilir. Ənənəyə görə, meteor yağışları radiantın yerləşdiyi bürcün adını daşıyır. Qeyd edək ki, bu, ayın ikinci meteor yağışıdır. Belə ki, Drakonid meteor yağışı oktyabrın 6-10-da müşahidə ediləcək və oktyabrın 8-də pik həddinə çatacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1a/466911058_171:0:2902:2048_1920x0_80_0_0_7c6c1e57365d6295961d350c0b9ab744.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
meteor axını, meteorit yağışı, bakı dövlət universiteti, kafedra
meteor axını, meteorit yağışı, bakı dövlət universiteti, kafedra
Bu gündən meteor yağışı müşahidə ediləcək
19:05 02.10.2024 (Yenilənib: 19:06 02.10.2024) Meteor yağışını təşkil edən meteorlar paralel trayektoriyalarla və eyni sürətlə hərəkət etdiyi üçün Yerdəki müşahidəçilərə səmanın eyni nöqtəsindən uçurlar kimi görünür.
BAKI, 2 oktyabr — Sputnik. Oktyabrın 2-dən noyabrın 7-dək Orionid meteor yağışı müşahidə ediləcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, oktyabrın 21-də meteorların sayı pik həddə olacaq. Bildirilib ki, Bakıda yağış saat 22:00-dan 06:27-yə - səhər açılana qədər müşahidə olunacaq.
Məlumata görə, mənbəyi Orion bürcündə olduğuna görə bu meteor yağışı Orionidlər adlanır. Onun zirvəsində saatda 20-yə qədər meteor görünə bilər.
Orionid meteor yağışı Halley kometinin yaratdığı ikinci meteor yağışıdır. Halley kometinin Günəş ətrafında bir dövrünün tamamlanması təxminən 76 il çəkir. O, Yerdən növbəti dəfə 2061-ci ildə görünəcək.
Bəzən meteorlar meteor yağışı kimi tanınan qruplar halında düşürlər. Meteor yağışını təşkil edən meteorlar paralel trayektoriyalarla və eyni sürətlə hərəkət etdiyi üçün Yerdəki müşahidəçilərə səmanın eyni nöqtəsindən uçurlar kimi görünür. Bu nöqtəyə radiant deyilir. Ənənəyə görə, meteor yağışları radiantın yerləşdiyi bürcün adını daşıyır.
Qeyd edək ki, bu, ayın ikinci meteor yağışıdır. Belə ki, Drakonid meteor yağışı oktyabrın 6-10-da müşahidə ediləcək və oktyabrın 8-də pik həddinə çatacaq.