Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

ABŞ-da "Helen" qasırğası azı 162 nəfərin həyatına son qoyub

© AP Photo / Gerald Herbert"Helen" qasırğası
Helen qasırğası - Sputnik Azərbaycan, 1920, 02.10.2024
Abunə olmaq
Həlak olanların əksəriyyəti Şimali Karolinada təbii fəlakətin qurbanı olub.
BAKI, 2 oktyabr — Sputnik. "Katrina" qasırğasından sonra tarixin ən böyük "Helen" qasırğası 162 nəfərin həyatına son qoyub və ölənlərin sayının daha çox olması mümkündür.
Bu barədə Rusiya mediası "CNN"ə istinadən xəbər verib.
Tarixdə ikinci ən dağıdıcı "Helen" qasırğası sentyabrın 27-də ABŞ-ı bürüyüb. Bir milyona yaxın ev işıqsız qalıb. Qasırğa beş mümkün kateqoriyadan dördüncü kateqoriyaya aid edilib.
Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında qasırğa nəticəsində ölənlərin olduğu bildirilir. Həlak olanların əksəriyyəti (73 nəfər) Şimali Karolinada təbii fəlakətin qurbanı olub. İtkin düşənlərin axtarışı davam edir.
Əhali ABŞ hakimiyyətinin öz vətəndaşlarını dəstəkləmək əvəzinə, Ukrayna və İsrailə yardımı davam etdirməsindən hiddətlənib. Qasırğanın nəticələrinin aradan qaldırılması ölkəyə çox baha başa gələ bilər.
Xəbər lenti
0