CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abonentlərə müjdə - Ad dəyişdirilməsi asanlaşdı

© Sputnik / Anar MustafayevQaz sayğacı, arxiv
Qaz sayğacı, arxiv - Sputnik Azərbaycan, 1920, 02.10.2024
Abunə olmaq
Əgər abunəçinin borcu varsa, bu barədə istifadəçiyə məlumat verilir və borc ödəndikdən sonra adın dəyişdirilməsi təsdiq olunur.
BAKI, 2 oktyabr — Sputnik. Kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi artıq "mygov" platforması vasitəsilə mümkündür. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaşlar "mygov" tətbiqi vasitəsilə "Azəriqaz", "Azərişıq" və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) üzrə kommunal abunəçi kodlarını asanlıqla köhnə addan yeni ada keçirə bilərlər. Əvvəllər vaxt və əlavə resurs tələb edən bu proses indi tamamilə rəqəmsal və sadələşdirilmiş şəkildə həyata keçirilir.
Vətəndaşlar "mygov" tətbiqinə daxil olduqdan sonra öz adlarına olan daşınmaz əmlakı seçərək, müvafiq kommunal xidmət üçün "Əhali istehlakçısının adının dəyişdirilməsi" bölməsinə daxil olurlar. "Azəriqaz", "Azərişıq" və ya ADSEA üzrə abunəçi kodunu daxil etdikdən sonra sistem avtomatik olaraq yeni ad məlumatlarını istifadəçinin "mygov" hesabından götürür. Əgər abunəçinin borcu varsa, bu barədə istifadəçiyə məlumat verilir və borc ödəndikdən sonra adın dəyişdirilməsi təsdiq olunur.
Proses tamamlandıqdan sonra müraciət elektron qaydada müvafiq qurumlara göndərilir. Ad dəyişdirildikdən sonra istifadəçi "mygov" üzərindən şəxsi kabinetində və qeyd edilən elektron poçt ünvanında bildiriş alır.
Bu yenilik vətəndaşların vaxtına qənaət edir, dövlət xidmətlərinə çıxışı asanlaşdırır və tamamilə rəqəmsal mühitdə sürətli, effektiv xidmət almağa şərait yaradır.
Xəbər lenti
0