CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qocalar Evi"nin sakinlərinin sayı açıqlandı

© Sputnik / Alyona SalayevaQocalar evi
Qocalar evi - Sputnik Azərbaycan, 1920, 01.10.2024
Abunə olmaq
"Sosial xidmət haqqında" qanuna əsasən, ölkədə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunur.
BAKI, 1 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 216 ahıl şəxs dövlət himayəsində yaşayır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd olunub ki, bu müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib. Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur.
Həyata keçirilən layihələr çərçivəsində müəssisə sakinləri futbol və gimnastika məşğələlərinə cəlb edirlər. Artıq 2 ildir ki, ahıllar "Gimnastika hamı üçün" növü üzrə festivala qatılırlar və mükafatlar qazanırlar.
Agentlik tərəfindən bu il tənha və əlilliyi olan 43 66 şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib ki, onlardan 3980 nəfəri ahıl şəxslərdir. Son illər sosial xidmət sistemində yeni istiqamət kimi, ahıllar üçün günərzi qayğı mərkəzləri də yaradılıb. Hazırda Gəncə, Qazax və Xaçmaz rayonlarında 3 belə günərzi qayğı mərkəzi fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, "Sosial xidmət haqqında" qanuna əsasən, ölkədə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunur.
Qeyd edək ki, BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Azərbaycanda 1993-cü ildən hər il Beynəlxalq Ahıllar Günü yüksək səviyyədə qeyd olunur.
Xəbər lenti
0