Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Pul yığmaq qadağandır: Məktəblərə Müəllim Günü ilə bağlı xəbərdarlıq məktubu göndərilib

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv
Azərbaycan manatı, arxiv - Sputnik Azərbaycan, 1920, 01.10.2024
Abunə olmaq
Sözügedən xəbərdarlıqdan sonra məktəb direktorları da müəllimlərin vatsap qrularına məktub göndərib.
BAKI, 1 oktyabr — Sputnik. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 5 Oktyabr – Müəllimlər Günü ilə bağlı Regional Təhsil İdarələrinə xəbərdarlıq məktubu göndərib. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib. Həmin məktubda bildirilir ki, 5 Oktyabr – Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyələrin edilməsi, bu məqsədlə pul yığılması qəti qadağandır. Həmçinin sentyabr ayının son on günündə bununla bağlı müəllim kollektivi ilə intensiv görüşlərin təşkil edilməsi, valideyn komitələrinin məlumatlandırılması, baş verən neqativ halların qarşısının alınması təmin edilməlidir.
Sözügedən xəbərdarlıqdan sonra məktəb direktorları da müəllimlərin vatsap qrularına məktub göndərib.
"MÜTDA-nın müvafiq təlimatına əsasən nəzərinizə çatdırırıq ki, qarşıdan gələn 5 Oktyabr – Müəllimlər Günü münasibəti ilə ümumtəhsil müəssisələrində şagird və onların valideynlərindən (qanuni nümayəndələrindən) qeyri-qanuni pul yığılması halları qadağandır. Sinif rəhbərlərinin rəhbər olduğu sinifdə belə hallar aşkar olunduğu halda, bu məsələ ilə bağlı ciddi məsuliyyət daşıyır.Həmişə olduğu kimi səbəbindən və vaxtından asılı olmayaraq valideynlərdən pul yığılması qəti qadağandır", deyə məktəb direktorlarının xəbərdarlıq məktubunda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0