Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəbəhazırlıq qruplarında tədris başlayıb

© AR Ministry of EducationMəktəbəhazırlıq qrupu
Məktəbəhazırlıq qrupu - Sputnik Azərbaycan, 1920, 01.10.2024
Abunə olmaq
İyulun 11-dən bu günə qədər ümumilikdə 93000-dən çox uşaq elektron sistem vasitəsi ilə məktəbəhazırlıq qruplarına qəbul edilib.
BAKI, 1 oktyabr — Sputnik. Oktyabrın 1-dən 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 11-dən bu günə qədər ümumilikdə 93000-dən çox uşaq elektron sistem vasitəsi ilə məktəbəhazırlıq qruplarına qəbul edilib.
Qeyd edilib ki, məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və birinci sinfə adaptasiyasını təmin edir.
Uşaqların məktəbəhazırlıq qruplarına ən azı 1 il getməsi məhz bu məqsədə çatmaq üçün zəruri addımlardan biridir.
Xəbər lenti
0