DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail "Hizbullah"a qarşı hərbi əməliyyatın növbəti mərhələsinin başlayacağını elan edib

© AP Photo / Maya Alleruzzoİsrailin müdafiə naziri Yoav Qallant
İsrailin müdafiə naziri Yoav Qallant - Sputnik Azərbaycan, 1920, 30.09.2024
Abunə olmaq
Müdafiə naziri deyib ki, tezliklə “Hizbullah”a qarşı müharibənin növbəti mərhələsi başlayacaq və bu, müharibənin aparılmasındakı məqsədə çatmaqda - şimalın sakinlərinin öz evlərinə qayıtmasında mühüm amil olacaq.
BAKI, 30 sentyabr - Sputnik. İsrailin müdafiə naziri Yoav Qalant Livan “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatın növbəti mərhələsinin tezliklə başlayacağını açıqlayıb.
Bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
Qalantın sözlərinə görə, bu, “Hizbullah” bölmələrinin Livan ərazisindən davamlı atəşə tutulması nəticəsində təxliyə edilmiş İsrailin şimalındakı sərhəd yaşayış məntəqələrinin sakinlərinin geri qayıtması üçün şəraitin yaradılmasında mühüm rol oynamalıdır.
“Qarşıdurma xəttindəki (Livanla həmsərhəd ərazilərdəki - red.) yaşayış məntəqələrinin şuralarının rəhbərləri ilə görüşdə vurğuladım ki, tezliklə “Hizbullah”a qarşı müharibənin növbəti mərhələsi başlayacaq və bu, müharibənin aparılmasındakı məqsədə çatmaqda - şimalın sakinlərinin öz evlərinə qayıtmasında mühüm amil olacaq" - Qalant əlavə edib.
İsrail iki həftədir ki, Livanın cənubuna fəal şəkildə hava zərbələri endirərək, "Hizbullah" hərəkatının infrastrukturunu məhv edir.
Cümə günü İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənub ətrafına, "Hizbullah"ın mərkəzi qərargahının yerləşdiyi ərazilərə güclü hava zərbəsi endirib, nəticədə hərəkatın lideri Həsən Nəsrullah və onun rəhbərliyinin digər üzvləri həlak olub.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, İsrailin bu ölkəyə endirilən aviazərbələrindən sonra 100 minə yaxın livanlı Suriyaya köçmək məcburiyyətində qalıb.
Livanın Baş nazirinin vəzifəsini icra edən Nəcib Mikati bu yaxınlarda bildirib ki, Israilin Livana kütləvi zərbələri başladıqdan sonra ölkənin özündə bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşüb.
"Son bir neçə gün ərzində milyonlarla təxmin edilən çoxlu sayda insan başqa yerlərə köçmək məcburiyyətində qalıb. Yəqin ki, söhbət Livan tarixində ən kütləvi insanların köçürülmə əməliyyatından gedir", Nəcib Mikati qeyd edib.
Xəbər lenti
0