https://sputnik.az/20240930/ran-xn-tehran-hizbullaha-komek-ucun-qosun-gondermek-niyyetinde-deyil-467763447.html
İran XİN: Tehran "Hizbullah"a kömək üçün qoşun göndərmək niyyətində deyil
İran XİN: Tehran "Hizbullah"a kömək üçün qoşun göndərmək niyyətində deyil
Sputnik Azərbaycan
İran Livanın öz maraqlarını müstəqil şəkildə qorumağa qadir olduğuna əmin olduğunu bildirib. 30.09.2024, Sputnik Azərbaycan
2024-09-30T16:37+0400
2024-09-30T16:37+0400
2024-09-30T16:23+0400
iran xin
dünya xəbərləri
"hizbullah"
beyrut
livan
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1e/467747787_0:0:3072:1728_1920x0_80_0_0_a368454138ea2c58043b081ee8efd4af.jpg
BAKI, 30 sentyabr — Sputnik. İran öz hərbçilərini şiə "Hizbullah" hərəkatına kömək etmək üçün göndərmək niyyətində deyil, çünki Livan öz maraqlarını müdafiə etmək qabiliyyətini nümayiş etdirə bilib. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani məlumat verib. Kənani vurğulayıb ki, Livan və Fələstin də daxil olmaqla Yaxın Şərq regionunun dövlətləri və xalqları İsrailin təcavüzkar hərəkətlərinə qarşı çıxmaq üçün lazım olan hər şeyə malikdirlər. Diplomat Livanın işğalçı rejimə qarşı müstəqil şəkildə müqavimət göstərə bildiyini izah edib. İran İslam Respublikası könüllülərin və ya əlavə qüvvələrin göndərilməsinə ehtiyac görmür. Onun bu açıqlaması "SNN" telekanalında yayımlanan mətbuat konfransında səsləndirilib. Bu yaxınlarda İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Abbas Nilforuşanın ölümünə görə məsuliyyəti İsrail daşıyacaq. O da şiə "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah kimi eyni Beyruta endirilən hava hücumunun qurbanı olub. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1e/467747787_0:0:2732:2048_1920x0_80_0_0_62ed0437a9fb34bb70ca2d645df04d87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran xin, "hizbullah", beyrut, livan
iran xin, "hizbullah", beyrut, livan
İran XİN: Tehran "Hizbullah"a kömək üçün qoşun göndərmək niyyətində deyil
İran Livanın öz maraqlarını müstəqil şəkildə qorumağa qadir olduğuna əmin olduğunu bildirib.
BAKI, 30 sentyabr — Sputnik. İran öz hərbçilərini şiə "Hizbullah" hərəkatına kömək etmək üçün göndərmək niyyətində deyil, çünki Livan öz maraqlarını müdafiə etmək qabiliyyətini nümayiş etdirə bilib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani məlumat verib.
Kənani vurğulayıb ki, Livan və Fələstin də daxil olmaqla Yaxın Şərq regionunun dövlətləri və xalqları İsrailin təcavüzkar hərəkətlərinə qarşı çıxmaq üçün lazım olan hər şeyə malikdirlər. Diplomat Livanın işğalçı rejimə qarşı müstəqil şəkildə müqavimət göstərə bildiyini izah edib. İran İslam Respublikası könüllülərin və ya əlavə qüvvələrin göndərilməsinə ehtiyac görmür. Onun bu açıqlaması "SNN" telekanalında yayımlanan mətbuat konfransında səsləndirilib.
Bu yaxınlarda İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Abbas Nilforuşanın ölümünə görə məsuliyyəti İsrail daşıyacaq. O da şiə "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah kimi eyni Beyruta endirilən hava hücumunun qurbanı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.