Livanın Baş naziri vəzifəsini icra edən Nəcib Mikatinin sözlərinə görə, İsrailin Livana kütləvi zərbələri başladıqdan sonra ölkənin özündə bir milyona yaxın... 30.09.2024, Sputnik Azərbaycan
BAKI, 30 sentyabr — Sputnik. İsrail iki həftədir ki, Livanın cənubuna fəal şəkildə hava zərbələri endirərək, "Hizbullah" hərəkatının infrastrukturunu məhv edir. Cümə günü İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənub ətrafına, "Hizbullah"ın mərkəzi qərargahının yerləşdiyi ərazilərə güclü hava zərbəsi endirib, nəticədə hərəkatın lideri Həsən Nəsrullah və onun rəhbərliyinin digər üzvləri həlak olub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, İsrailin bu ölkəyə endirilən aviazərbələrindən sonra 100 minə yaxın livanlı Suriyaya köçmək məcburiyyətində qalıb. Livanın Baş nazirinin vəzifəsini icra edən Nəcib Mikati bu yaxınlarda bildirib ki, Israilin Livana kütləvi zərbələri başladıqdan sonra ölkənin özündə bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşüb. "Son bir neçə gün ərzində milyonlarla təxmin edilən çoxlu sayda insan başqa yerlərə köçmək məcburiyyətində qalıb. Yəqin ki, söhbət Livan tarixində ən kütləvi insanların köçürülmə əməliyyatından gedir, Nəcib Mikati qeyd edib.
Livanın Baş naziri vəzifəsini icra edən Nəcib Mikatinin sözlərinə görə, İsrailin Livana kütləvi zərbələri başladıqdan sonra ölkənin özündə bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşüb.
BAKI, 30 sentyabr — Sputnik. İsrail iki həftədir ki, Livanın cənubuna fəal şəkildə hava zərbələri endirərək, "Hizbullah" hərəkatının infrastrukturunu məhv edir.
Cümə günü İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənub ətrafına, "Hizbullah"ın mərkəzi qərargahının yerləşdiyi ərazilərə güclü hava zərbəsi endirib, nəticədə hərəkatın lideri Həsən Nəsrullah və onun rəhbərliyinin digər üzvləri həlak olub.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, İsrailin bu ölkəyə endirilən aviazərbələrindən sonra 100 minə yaxın livanlı Suriyaya köçmək məcburiyyətində qalıb.
Livanın Baş nazirinin vəzifəsini icra edən Nəcib Mikati bu yaxınlarda bildirib ki, Israilin Livana kütləvi zərbələri başladıqdan sonra ölkənin özündə bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşüb.
"Son bir neçə gün ərzində milyonlarla təxmin edilən çoxlu sayda insan başqa yerlərə köçmək məcburiyyətində qalıb. Yəqin ki, söhbət Livan tarixində ən kütləvi insanların köçürülmə əməliyyatından gedir, Nəcib Mikati qeyd edib.
Beyrutun cənub ətraflarından İsrail hava hücumlarından qaçan yaşlı kişi Beyrutun mərkəzində Şəhidlər Meydanındakı əl-Əminə məscidi yaxınlığında dayanıb.
Beyrutun cənub ətraflarından İsrail hava hücumlarından qaçan yaşlı kişi Beyrutun mərkəzində Şəhidlər Meydanındakı əl-Əminə məscidi yaxınlığında dayanıb.