https://sputnik.az/20240930/kt-sahesinde-yeni-qanun-provayder-xidmeti-cerciveye-salinacaq-467756637.html
İKT sahəsində yeni qanun: Provayder xidməti çərçivəyə salınacaq
İKT sahəsində yeni qanun: Provayder xidməti çərçivəyə salınacaq
Sputnik Azərbaycan
Gələcəkdə ölkədə fəaliyyət göstərən provayderlərə qarşı cəza mexanizmlərinin, müxtəlif sanksiyaların tətbiqi nəzərdə tutulub. 30.09.2024, Sputnik Azərbaycan
2024-09-30T19:36+0400
2024-09-30T19:36+0400
2024-09-30T19:36+0400
ikt
cəmiyyət
rəqəmsal inkişaf və nəqliyyat naziri rəşad nəbiyev
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424604254_0:0:1772:997_1920x0_80_0_0_57d5ee7a5dd74ef3e0a6b2ea7733c6a5.jpg
BAKI, 30 sentyabr — Sputnik. İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə elektron kommunikasiya sahəsində yeni qanun layihəsi hazırlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov deyib. O, bildirib ki, hazırda layihə ikinci dəfə dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. "Eyni zamanda, gələcəkdə ölkədə fəaliyyət göstərən provayderlərə qarşı cəza mexanizmlərinin, müxtəlif sanksiyaların tətbiqi nəzərdə tutulub" - N.Mərdanov əlavə edib. O, bildirib ki, Azərbaycanda 171 telekommunikasiya operator və provayderi fəaliyyət göstərir. "Bu fəaliyyəti göstərmək üçün heç bir lisenziya tələb olunmur. Sadəcə bu xidmətin müəyyən çərçivəyə salınması istiqamətində tərəfimizdən müəyyən işlər aparılır" - deyə o, əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424604254_167:0:1742:1181_1920x0_80_0_0_b547a9bc98ca357388d72a05fcddacb2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ikt, rəqəmsal inkişaf və nəqliyyat naziri rəşad nəbiyev
ikt, rəqəmsal inkişaf və nəqliyyat naziri rəşad nəbiyev
İKT sahəsində yeni qanun: Provayder xidməti çərçivəyə salınacaq
Gələcəkdə ölkədə fəaliyyət göstərən provayderlərə qarşı cəza mexanizmlərinin, müxtəlif sanksiyaların tətbiqi nəzərdə tutulub.
BAKI, 30 sentyabr — Sputnik. İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə elektron kommunikasiya sahəsində yeni qanun layihəsi hazırlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov deyib.
O, bildirib ki, hazırda layihə ikinci dəfə dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
"Eyni zamanda, gələcəkdə ölkədə fəaliyyət göstərən provayderlərə qarşı cəza mexanizmlərinin, müxtəlif sanksiyaların tətbiqi nəzərdə tutulub" - N.Mərdanov əlavə edib.
O, bildirib ki, Azərbaycanda 171 telekommunikasiya operator və provayderi fəaliyyət göstərir.
"Bu fəaliyyəti göstərmək üçün heç bir lisenziya tələb olunmur. Sadəcə bu xidmətin müəyyən çərçivəyə salınması istiqamətində tərəfimizdən müəyyən işlər aparılır" - deyə o, əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.