Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə mədəkiçiltmə əməliyyatı keçirən qadın ölüb

© Depositphotos.com / SpotmatikphotoВрачи с больным в больнице
Врачи с больным в больнице  - Sputnik Azərbaycan, 1920, 30.09.2024
Abunə olmaq
Sentyabrın 21-də Gəncədə mədəkiçiltmə əməliyyatı etdirən 31 yaşlı qadın dünən xəstəxanada ölüb.
BAKI, 30 sentyabr — Sputnik. Gəncədə mədəkiçiltmə əməliyyatı olunan qadın vəfat edib. Sputnik Azərbaycan verir ki, sentyabrın 21-i Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı etdirən və həmin klinikada müalicə alan Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova dünən ölüb. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, mədəkiçiltmədən sonra ölkəmizdə həyatını itirənlər az deyil. Ötən ilin sonunda AzTV-nin 24 yaşlı əməkdaşı Vüqar Rəsulov mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişdi. İstedadlı aktrisamız, ölümü ilə tamaşaçılarını üzən Tünzalə Əliyevanın da məhz mədəkiçiltmə əməliyyatından sonra xərçəng olduğu iddia edilir.
Məlumat üçün onu da bildirək ki, Ümumdünya Piylənmə Federasiyası heç bir tədbir görülməsə, 2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxunun piylənmə və ya artıq çəkili kimi təsnif ediləcəyini bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 1 milyarddan çox insan artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Bu insanların 650 milyonu yetkin, 340 milyonu gənc, 39 milyonu isə uşaqdır. Hər 7 kişidən 1-i və hər 5 qadından biri piylənmə ilə mübarizə aparır.
Piylənmədən əziyyət çəkən insanların sayı günü-gündən artır. Ümumdünya Piylənmə Federasiyasının yaydığı məlumata görə, 2035-ci ildə artıq çəki və piylənmə ilə mübarizə aparan insanların sayı 4 milyardı keçəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0