CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi etmək üçün BMT-yə müraciət etdi

© Sputnik / Murad OrujovBakı
Bakı - Sputnik Azərbaycan, 1920, 30.09.2024
Abunə olmaq
Kolumbiyanın Kali şəhərində BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 16-cı Tərəflər Konfransının keçirilməsi nəzərdə tutulur.
BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransına ev sahibliyi etmək üçün müraciət edib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində deyib.
O bildirib ki, 3 həftə sonra Kolumbiyanın Kali şəhərində BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 16-cı Tərəflər Konfransının keçirilməsi nəzərdə tutulur:
"Bu platformadan istifadə edərək bildirmək istəyirəm ki, Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. Ev sahibliyi ilə bağlı yekun qərar bu ayın sonunda Kali şəhərindəki COP zamanı qəbul ediləcək".
Xatırladaq ki, Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0