SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

AXCP-dən başqa dövlət qeydiyyatından keçən bütün partiyalar seçkiyə qatılıb

© SputnikMSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov - Sputnik Azərbaycan, 1920, 30.09.2024
Abunə olmaq
VII çağırış Milli Məclisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim edilib.
BAKI, 30 sentyabr — Sputnik. Parlament seçkilərində Azərbaycanda dövlət qeydiyyatında olan 26 partiyadan 25-i iştirak edib.
Bunu bu gün parlamentin payız sessiyasının ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələrin təqdim edilməsi ilə əlaqədar çıxışında MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri qeyd deyib ki, namizədlərin qeydiyyatı, təşviqat kampaniyası ilə bağlı bütün addımlar atılıb, lazımi şərait yaradılıb: "Səsvermə günü heç bir beynəlxalq müşahidəçidən MSK-ya hər hansı pozuntu ilə əlaqədar müraciət daxil olmayıb".
VII çağırış Milli Məclisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim olunub. Deputatlara vəsiqələri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov təqdim edib. Vəsiqə ilk olaraq Milli Məclisin sədri Sahibə Qafarovaya, daha sonra isə sədr müavinləri və deputatlara verilib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.
Qərara əsasən, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib, seçki dairələri üzrə seçkilərin nəticələri təsdiqlənib.
Qeyd edək ki, Milli Məclisə seçkidə iştirak etməyən dövlət qeydiyyatındakı yeganə partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır (sədri Əli Kərimli).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0