https://sputnik.az/20240929/yeni-klinikada-sumuk-iliyinin-transplantasiyasi-sobesi-2025-ci-ilde-istifadeye-verilecek-467581608.html
Yeni Klinikada sümük iliyinin transplantasiyası şöbəsi 2025-ci ildə istifadəyə veriləcək
Yeni Klinikada sümük iliyinin transplantasiyası şöbəsi 2025-ci ildə istifadəyə veriləcək
Sputnik Azərbaycan
Ölkədə bu gün qan xəstəlikləri ilə bağlı dörd dövlət proqramının olduğunu vurğulayan A.İsrafilov bildirib ki həmin dövlət proqramları çərçivəsində ölkədə ən... 29.09.2024, Sputnik Azərbaycan
2024-09-29T15:52+0400
2024-09-29T15:52+0400
2024-09-29T22:22+0400
sümük
səhiyyə
icbari tibbi sığorta üzrə dövlət agentliyi
təbib
əməliyyat
donor
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42351/36/423513690_0:44:1001:607_1920x0_80_0_0_c6348c8d0105aed74402664fcd8d1477.jpg
BAKI, 29 sentyabr — Sputnik. "TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada da transplantalogiya şöbələri yaradılıb və onların bəzilərinin fəaliyyəti üçün icazələr alınıb. Hesab edirəm ki, Yeni Klinikada sümük iliyinin transplantasiyası şöbəsi 2025-ci ildə istifadəyə veriləcək". Bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov sümük iliyi transplantasiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda deyib. Ölkədə bu gün qan xəstəlikləri ilə bağlı dörd dövlət proqramının olduğunu vurğulayan A.İsrafilov bildirib ki həmin dövlət proqramları çərçivəsində ölkədə ən müasir protokollara uyğun dərman preparatları ilə müalicələr edilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova sümük iliyi transplantasiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda deyib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2023-cü ildə transplantasiya sahəsində dərman vasitələrinin alınması üçün 763 min manat dəyərində müqavilə bağlanıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42351/36/423513690_52:0:903:638_1920x0_80_0_0_fa0e64c014001ff2a5216664a533f5cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sümük, icbari tibbi sığorta üzrə dövlət agentliyi, təbib, əməliyyat, donor, azərbaycan
sümük, icbari tibbi sığorta üzrə dövlət agentliyi, təbib, əməliyyat, donor, azərbaycan
Yeni Klinikada sümük iliyinin transplantasiyası şöbəsi 2025-ci ildə istifadəyə veriləcək
15:52 29.09.2024 (Yenilənib: 22:22 29.09.2024) Ölkədə bu gün qan xəstəlikləri ilə bağlı dörd dövlət proqramının olduğunu vurğulayan A.İsrafilov bildirib ki həmin dövlət proqramları çərçivəsində ölkədə ən müasir protokollara uyğun dərman preparatları ilə müalicələr edilir.
BAKI, 29 sentyabr — Sputnik. "TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada da transplantalogiya şöbələri yaradılıb və onların bəzilərinin fəaliyyəti üçün icazələr alınıb. Hesab edirəm ki, Yeni Klinikada sümük iliyinin transplantasiyası şöbəsi 2025-ci ildə istifadəyə veriləcək".
Bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov sümük iliyi transplantasiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda deyib.
Ölkədə bu gün qan xəstəlikləri ilə bağlı dörd dövlət proqramının olduğunu vurğulayan A.İsrafilov bildirib ki həmin dövlət proqramları çərçivəsində ölkədə ən müasir protokollara uyğun dərman preparatları ilə müalicələr edilir.
"Qan xəstəlikləri ilə mübarizədə radikal müalicə üsulu isə sümük iliyinin köçürülməsidir. Artıq Talassemiya Mərkəzində 200-ə yaxın əməliyyat icra olunub və nəticələri də çox uğurludur. Biz də TƏBİB olaraq bu sahənin inkişafına daim hazırıq", - icraçı direktorun müavini vurğulayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova sümük iliyi transplantasiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda deyib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2023-cü ildə transplantasiya sahəsində dərman vasitələrinin alınması üçün 763 min manat dəyərində müqavilə bağlanıb.
“2023-cü ilin avqust ayından etibarən sümük iliyinin transplantasiyası dəyəri ən yüksək olan xidmət kimi 20 sayda limitlə xidmətlər zərfinə əlavə olunub. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə çalışan müalicə müəssisələrinin artırılması, kadr potensialının və maddi-texniki bazanın gücləndirilməsi sahəsində bu say çoxaldılacaq”, - müşavir əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.